Bağça müəllimləri nə vaxt sertifikasiyadan keçiriləcək? AÇIQLAMA | Icma.az
Icma.az, Modern.az portalına istinadən məlumat verir. Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin sertifikasiyaya cəlb edilməsi planlaş
Bu barədə məlumatı elm və təhsil naziri Emin Əmrullayev verib.
"Biz ilk dəfə olaraq məktəbəqədər təhsil müəssisələrində diaqnostika həyata keçirdik.
Məqsədimiz 2014-2015-ci ildən başlayaraq məktəbəqədər təhsil müəssisələrində əvvəlcə diaqnostika, sonra isə sertifikasiya prosesini tətbiq etməkdir.
Hazırda diaqnostik mərhələni başa çatdırmışıq və növbəti illərdə məktəbəqədər təhsil müəssisələrinin sertifikasiyaya cəlb edilməsi planlaşdırılır", - nazir bu gün Bakıda keçirilən beynəlxalq konfransda bildirib.
O qeyd edib ki, bu prosesin əmək haqqı sisteminə də müəyyən təsir göstərəcəyi gözlənilir: "Hazırda bununla bağlı konkret qaydalar olmasa da, gələcəkdə oxşar məntiqin məktəbəqədər təhsildə də tətbiq ediləcəyini düşünürük".
Qeyd edək ki, Azərbaycanda 1800-dən artıq bağça fəaliyyət göstərir.
Modern.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Rasif Dünyamalıyev deyib ki, bu gün Emin Əmrullayev tərəfindən məktəbəqədər təhsilə göstərilən yanaşma, indiyə qədər heç bir nazirin dövründə olmayıb: "Mikayıl Cabbarovun zamanında məktəbəqədər təhsil müəssisələri 10 il müddətinə gəlir vergisindən azad edilmişdi.
Tam oxu
Xəbəri oxu