Icma.az
close
up
RU
Bağça müəllimləri nə vaxt sertifikasiyadan keçiriləcək? AÇIQLAMA

Bağça müəllimləri nə vaxt sertifikasiyadan keçiriləcək? AÇIQLAMA

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin sertifikasiyaya cəlb edilməsi planlaşdırılır. Bu barədə məlumatı elm və təhsil naziri Emin Əmrullayev verib. 

"Biz ilk dəfə olaraq məktəbəqədər təhsil müəssisələrində diaqnostika həyata keçirdik. Məqsədimiz 2014-2015-ci ildən başlayaraq məktəbəqədər təhsil müəssisələrində əvvəlcə diaqnostika, sonra isə sertifikasiya prosesini tətbiq etməkdir. Hazırda diaqnostik mərhələni başa çatdırmışıq və növbəti illərdə məktəbəqədər təhsil müəssisələrinin sertifikasiyaya cəlb edilməsi planlaşdırılır", - nazir bu gün Bakıda keçirilən beynəlxalq konfransda bildirib.

O qeyd edib ki, bu prosesin əmək haqqı sisteminə də müəyyən təsir göstərəcəyi gözlənilir: "Hazırda bununla bağlı konkret qaydalar olmasa da, gələcəkdə oxşar məntiqin məktəbəqədər təhsildə də tətbiq ediləcəyini düşünürük".

Qeyd edək ki, Azərbaycanda 1800-dən artıq bağça fəaliyyət göstərir. Modern.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Rasif Dünyamalıyev deyib ki, bu gün Emin Əmrullayev tərəfindən məktəbəqədər təhsilə göstərilən yanaşma, indiyə qədər heç bir nazirin dövründə olmayıb:

"Mikayıl Cabbarovun zamanında məktəbəqədər təhsil müəssisələri 10 il müddətinə gəlir vergisindən azad edilmişdi. Onun dövründə məktəbəqədər təhsilə olan yanaşmaya ilk addım atıldı. Məhz bu addımın nəticəsi idi ki, özəl uşaq bağçalarının sayı 148-ə çatıb və artan tendensiya ilə davam edir. Bu yanaşmanın davamı olaraq özəl sektor və dövlət arasında əməkdaşlığın təməli atıldı. Hər kəs artıq qəbul edir ki, məktəbəqədər təhsil təhsilin təməlidir. Burada doğru qərarlar verilsə, ümumitəhsildə və ali təhsildə də ciddi dəyişikliklər baş verəcək”.

R.Dünyamalıyev qeyd edib ki, məktəbəqədər təhsil verənlərin diaqnostikasının keçirilməsi vacib addımdır: “Bu sahə uzun müddət diqqətdənkənar qaldığı üçün oradakı bilik və bacarıqları haqqında kifayət qədər məlumat yoxdur. Diaqnostika məktəbəqədər təhsillə bağlı vəziyyətin nə yerdə olduğunu müəyyən etməyə imkan verəcək. Bu baxımdan Emin Əmrullayevin çıxışı çox vacibdir”.

Müsahibimiz bildirib ki, bağça müəllimlərinin sertifikasiya imtahanlarının önümüzdəki il keçirilməsi gözlənilmir:

“Bu imtahanlar yəqin ki, 2026-cı ildə keçiriləcək. Çünki diaqnostikadan sonra birbaşa sertifikasiyaya keçid çox çətin ola bilər. Amma ümumilikdə baxsaq, məktəbəqədər təhsildə çalışan işçilərin əməkhaqqı çox aşağıdır. Onların maaşı minimum əməkhaqqı səviyyəsindədir. Qaydalara görə, orada 2 tərbiyəçi və 1 texniki işçi çalışır. Tərbiyəçilər 2 növbə işlədiyi üçün əməkhaqqı onlar arasında bölüşdürülür. Bu çətinlik yaradır, ona görədə nizamlamaya ehtiyac yaradır. Ya bağçaların iş saatı dəyişdirilməli, ya da əməkhaqqı artırılmalıdır. Açıq deyək ki, bu gün 350-400 manata işləmək çox çətindir. Nəzərə alın ki, 20 uşaqla 1 tərbiyəçi 1 dayə işləyir. Bunlar nəzərə alınmalı və müvafiq tədbir görülməlidir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:380
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Dekabr 2024 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see316

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see288

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see287

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see278

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see277

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see269

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see268

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see265

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see260

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see253

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see240

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see237

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see229

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see222

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see221

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see220

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see206

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see205

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri