Bağçalarda psixoloq və erkən inkişaf üzrə mütəxəssis ştatları açılmalıdır | Icma.az
Icma.az, Operativmedia portalına istinadən məlumat verir. Bu gün keçirilən parlament iclasında uşaq bağçalarında yeni ştatların yaradılması
Bu təkliflə Azərbaycan Ombusdmanı Səbinə Əliyeva çıxış edib.
Belə ki, bağçalarda “uşaq psixoloqu” və “erkən inkişaf üzrə mütəxəssis” ştatlarının əlavə edilməsi təklif edilib.
Təhsil eksperti Kamran Əsədov məsələ ilə bağlı “Operativ Media"ya fikirlərini bildirib: “Hazırda Azərbaycanda 1600 uşaq bağçası və körpələr evi mövcuddur.
Burada 130 minə yaxın uşaq təlim-tərbiyə prosesinə cəlb edilib.
Qeyd etmək lazımdır ki, 2021-ci ildən bağçalar Elm və Təhsil Nazirliyinin tabeliyinə verildikdən sonra bu sahədə xeyli irəliləyiş baş verib.
Belə ki, 2011-2021-ci illərdə uşaq bağçaları icra hakimiyyətlərinin tabeliyində idi. Bu zaman gözləntilər özünü doğrultmadı.
Həmin illərdə həm bağça işçilərinin, həm də uşaqların qəbulu prosesində şəffaflıq tam olaraq qoruna bilməmişdi.
Tam oxu
Xəbəri oxu