Icma.az
close
up
RU
Bağçalarda psixoloq və erkən inkişaf üzrə mütəxəssis ştatları açılmalıdır

Bağçalarda psixoloq və erkən inkişaf üzrə mütəxəssis ştatları açılmalıdır

Icma.az, Operativmedia portalına istinadən məlumat verir.

Bu gün keçirilən parlament iclasında uşaq bağçalarında yeni ştatların yaradılması təklif edilib. Bu təkliflə Azərbaycan Ombusdmanı Səbinə Əliyeva çıxış edib. Belə ki, bağçalarda “uşaq psixoloqu” və “erkən inkişaf üzrə mütəxəssis” ştatlarının əlavə edilməsi təklif edilib. 

Təhsil eksperti Kamran Əsədov məsələ ilə bağlı “Operativ Media"ya fikirlərini bildirib:

“Hazırda Azərbaycanda 1600 uşaq bağçası və körpələr evi mövcuddur. Burada 130 minə yaxın uşaq təlim-tərbiyə prosesinə cəlb edilib.

Qeyd etmək lazımdır ki, 2021-ci ildən bağçalar Elm və Təhsil Nazirliyinin tabeliyinə verildikdən sonra bu sahədə xeyli irəliləyiş baş verib. Belə ki, 2011-2021-ci illərdə uşaq bağçaları icra hakimiyyətlərinin tabeliyində idi. Bu zaman gözləntilər özünü doğrultmadı. Həmin illərdə həm bağça işçilərinin, həm də uşaqların qəbulu prosesində şəffaflıq tam olaraq qoruna bilməmişdi. Amma hazırda bu istiqamətdə ciddi işlər görülür və uşaqların qəbulu tam şəffaf şəkildə aparılır.

Hazırki “Məktəbəqədər təhsil haqqında qanun” köhnədir. Bağçalarda sosial pedaqoq, loqoped, erkən inkişafla bağlı mütəxəssislərə ehtiyac var. Azərbaycanın ali və orta təhsil müəssisələrində məktəbəqədər təhsil müəssisələrində işləmək üçün kifayət qədər kadr potensialı mövcuddur. Hazırda bağçaya qəbul yaşları 1-3 və 3-5 olduğunu nəzərə alsaq, deyə bilərik ki, bağçalarda azyaşlı uşaqlarla işləmək üçün əlavə mütəxəssislərə ehtiyac var.

Dövlət bağçalarında uşaqların sayı ilə işçilərin sayı üst-üstə düşmür. Birmənalı şəkildə hər 6-7 uşağa bir tərbiyəçi nəzarət etməlidir. Həmçinin, bağçalarda uşaq psixoloqu və loqoped mütləq şəkildə fəaliyyət göstərməlidir. Çünki uşaq bağçaları təhsilin ən ciddi pilləsidir. Əgər təhsildə başlanğıc normal olmayacaqsa, biz gələcəkdə nəyəsə nail ola bilməyəcəyik. Bu, uşaqların inkişaf dövrüdür. Uşaqlar düzgün yönləndirilməlidir.

Hazırda uşaq bağçalarında psixoloqlar, erkən inkişaf üzrə mütəxəssis ştatı yoxdur. Bu çox önəmli məqamdır. Uşaqların sosial, intelektual, emosional və fərdi inkişafı bu dövrdə baş verir.

Təhsil eksperti bu sahədə dünya təcrübəsindən də söz açıb:

“Bu sahə üzrə dünya təcrübəsinə də nəzər salaq. Finlandiyada uşaq bağçalarında 25-30 uşağa bir psixoloq və erkən inkişaf üzrə mütəxəssis düşür. Almaniyada hər bir bağçada psixoloq ştatı var və bu dövlət tərəfindən maliyyələşir. ABŞ və Kanadada da hər bir bağçada psixoloji dəstək müəssisələri fəaliyyət göstərir.

İlk olaraq, bağçalarda psixoloq və erkən inkişaf üzrə mütəxəssis ştatları açılmalıdır və dövlət bunu maliyyələşdirməlidir. Amma bu ştatlarla iş bitmir. Bağçalarda bu sahələrin inkişafı üçün müəyyən resurslar olmalıdır. Bağçada işləyən hər bir şəxs təlimlərə cəlb olunmalıdır. Bu isə gələcəyimiz üçün birmənalı şəkildə çox vacibdir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:349
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 19 Noyabr 2024 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri