Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ölkə.az Kulis.az-a istinadən Elnur Musayevin tərtib etdiyi "Azərbaycan yazıçılarının repressiya illərinə dair xatirələri"ndən bir hissəni təqdim edir.Süleyman Rüstəm deyərdi ki, Moskvada oxuyurdum.
Bir gün evimizdən teleqram aldım: "Təcili Bakıya gəl, atanı tutublar!" Bərk dilxor oldum: "Bu kişi elə şərəşur adam deyil, görəsən, onu yenə kim tora salıb?!
Yox, burda ciddi bir iş var!"Tez Bakıya gəldim. Evimizdə hamı kədərli idi. Bacılarım ağlayırdılar.
Anam dedi ki, düşmənlər atanı gepoya (xalq arasında o zaman daxili işlər orqanına belə deyirdilər) şeytanlayıblar. - Niyə şeytanlayıblar?!
- Deyiblər ki, atanın bir küpə qızılı var, qızılı versin, buraxaq. Mən Mircəfər Bağırovun qəbuluna getdim. Bağırov məni qəbul elədi.
Atamın tutulmasından onun xəbəri var idi. Dedi ki, yaxşı ki gəldin. Atana de, qızılların yerini desin. Onunla işimiz olmayacaq.
İndi dövlətə qızıl lazımdır! Mən dedim ki, yoldaş Bağırov, bizim böyük ailəmiz var. Atam dəmirçi babadır, qazancı güclə ailəni dolandırır.