Icma.az
close
up
RU
Bağırovun saxta pulla aldığı məşhur romanımız O, qızıllarını niyə erməni qızına bağışlamışdı?

Bağırovun saxta pulla aldığı məşhur romanımız O, qızıllarını niyə erməni qızına bağışlamışdı?

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ölkə.az Kulis.az-a istinadən Elnur Musayevin tərtib etdiyi "Azərbaycan yazıçılarının repressiya illərinə dair xatirələri"ndən bir hissəni təqdim edir.
Süleyman Rüstəm deyərdi ki, Moskvada oxuyurdum. Bir gün evimizdən teleqram aldım: "Təcili Bakıya gəl, atanı tutublar!"

Bərk dilxor oldum: "Bu kişi elə şərəşur adam deyil, görəsən, onu yenə kim tora salıb?! Yox, burda ciddi bir iş var!"
Tez Bakıya gəldim. Evimizdə hamı kədərli idi. Bacılarım ağlayırdılar. Anam dedi ki, düşmənlər atanı gepoya (xalq arasında o zaman daxili işlər orqanına belə deyirdilər) şeytanlayıblar.

- Niyə şeytanlayıblar?!

- Deyiblər ki, atanın bir küpə qızılı var, qızılı versin, buraxaq.

Mən Mircəfər Bağırovun qəbuluna getdim. Bağırov məni qəbul elədi. Atamın tutulmasından onun xəbəri var idi. Dedi ki, yaxşı ki gəldin. Atana de, qızılların yerini desin. Onunla işimiz olmayacaq. İndi dövlətə qızıl lazımdır!

Mən dedim ki, yoldaş Bağırov, bizim böyük ailəmiz var. Atam dəmirçi babadır, qazancı güclə ailəni dolandırır. Bir vaxt atam anamın daş-qaşlarını da satıb torpaq almışdı ki, neft çıxardar. O da baş tutmadı. Bəxti qara imiş.

Bağırov dedi ki, Süleyman, dəqiq öyrənmişəm, atanın qızılı da var, hələ desən, matışkası da. Mən dedim ki, yoldaş Bağırov, qızılını bilmirəm, amma matışkası ola bilər. Bağırovun dodağı qaçdı. O cəlladın qəribə xasiyyəti vardı. Xoş damarına düşəndə olduqca insaflı və səxavətli olurdu. Ancaq nadir hallarda onun xoş damarı tuturdu. Qalan damarları isə həmişə ölüm gətirirdi.

Bağırov zəng edib atamı gətirtdirdi. Atam məni görcək ağladı:

- Süleyman, sən Allah, neçə gündür qaranlıq zindanda bağrım çatlayır, tükan da qalıb başlı-başına, ananın qalan nə ki daş-qaşı var, hamısını sat, ver bu kişiyə, məni buraxsın.

Atam bilmirdi ki, o, Bağırovun kabinetindədir. Elə bilirdi ki, milis naçalniki onu dindirməyə çağırıb. Bilsəydi ki, Bağırovdur, dili-ağzı quruyardı. Bağırov çekist idi. O, atamın bütün hərəkətlərinə göz qoyurdu.

- Süleyman, atanı bir şərtlə buraxıram. Qızılı tapıb qaytararsınız dövlətə! Düzdür, o qızılı dəmirçi atan zəhməti ilə yığıb. Ancaq dedim ki, dövlətə qızıl lazımdır.

Novxanı bağında anam mənə dedi ki, atan qızıllarını balaca bir küpədə saxlayır. O, küpü əncirin altında basdırıb. Bundan sonra mən hər gün atamı güddüm, ona göz qoydum. Atam hərdən şübhəli-şübhəli əncirin dövrəsində fırlanırdı. Demə, atam nə isə hiss edib "xəzinənin" yerini dəyişdirmişdi. Gecəyarı əncirin dörd tərəfini bellə qazdım. Küpdən əsər-əlamət yox idi.

Kürd əsilli böyük Azərbaycan yazıçısı Cəlal Bərgüşadın dediklərindən: Qayınatam (Süleyman Rüstəmin atası) Məşədi Əlabbas kişi ölüm ayağında olanda onun yanında idim... O, Əzrayılla əlbəyaxada ikən qonşumuz erməni qızı Rozanı çağırtdırdı. Əli ilə ona nə isə işarə elədi: "Halal xoşun olsun, səndəki hamısı sənə qalsın".
Qayınanam Xırdaxanım dedi ki, kişi ölüm ayağında bütün qızıllarını sevgilisi Rozaya bağışladı. Demək, qayınatamın, həqiqətən, qızılı varmış. Qızıl isə Rozaya qismət oldu. Roza da həmin qızıla özü üçün yaraşıqlı bir mülk tikdirdi. Yaxşı deyirlər ki, qızıl öz sahibinə qismət olmur...

****

Mircəfər Bağırov Məmməd Səid Ordubadini yanına çağırtdırıb. Ordubadi bərk təşviş keçirib. "Görəsən, məni satan kim olub? Bu kişi nə üçün mənə münasibətini belə dəyişdirib?" Elə bu zaman Bağırov Ordubadini içəri dəvət edib. Xeyli dinib-danışmayıblar. Ordubadi qorxusundan bilməyib ki, nə etsin. Axırda Bağırov onun üstə acıqlanıb:
- Qoca, sənin Parapet (indiki Fəvvarələr meydanı) bağında nə işin var?!
- Nə olub, yoldaş Bəqirov?
- Bizim uşaqlar (çekistlər) sənə yüz saxta qızıl onluq satıblar. Tapşırmışam, pulunu qaytaracaqlar. Qızılları geri verərsən. Bir də Parapet tərəfə gəlib eləmə.

Ordubadinin az qalıb ki, ürəyi getsin. Demə, "lotular" "Qılınc və qələm" romanının bütün yazı haqqını saxta qızılla Ordubadidən qoparıblarmış.

Ordubadi ölənəcən Parapet bağına sarı baxmırdı...

(Yazıda Cəlal Bərgüşadın xatirlərindən istifadə olunub)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://olke.az
archiveBu xəbər 06 Noyabr 2024 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see412

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see274

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see222

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see203

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see179

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see159

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see156

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see155

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see143

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see139

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see139

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see138

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see135

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see133

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see128

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see128

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri