Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qonaqlara natəmiz qidalar, mənşəyi məlum olmayan ətlərdən hazırlanmış yeməklər təqdim olunubAzərbaycan Qida Təhlükəsizliyi Agentliyi bir neçə şadlıq sarayında ciddi nöqsanlar aşkarlayıb.
Nizami rayonu, B.Çobanzadə küçəsi, 2505-ci məhəllədə yerləşən, Rəhimov Vahid Musa oğluna məxsus "Xarı Bülbül" restoranında AQTA əməkdaşları yoxlama keçirib.
Baxış zamanı mətbəxdə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu, temperatur rejiminə əməl olunmadığı müəyyən edilib, həmçinin müşayiətedici və mənşə sənədləri olmayan (mənşəyi naməlum) heyvan mənşəli məhsullar aşkarlanıb.
Emal edilmiş məhsullardan və ətlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
Faktla bağlı obyektin emal sahəsi məhdudlaşdırılıb, sahibkar barəsində inzibati protokol tərtib edilib.
AQTA əməkdaşları Nizami rayonu, Babək prospekti 76 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Dadaşov Eldar Ağa Zəki oğluna məxsus “Sərin” şadlıq evində də yoxlama keçirib.
Eyni nöqsanlar bu şadlıq evində də aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilməklə qanunvericiliyə uyğun zəru