Icma.az
close
up
RU
Bahalı şadlıq saraylarında ciddi nöqsanlar aşkarlanır

Bahalı şadlıq saraylarında ciddi nöqsanlar aşkarlanır

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qonaqlara natəmiz qidalar, mənşəyi məlum olmayan ətlərdən hazırlanmış yeməklər təqdim olunub


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bir neçə şadlıq sarayında ciddi nöqsanlar aşkarlayıb. Nizami rayonu, B.Çobanzadə küçəsi, 2505-ci məhəllədə yerləşən, Rəhimov Vahid Musa oğluna məxsus "Xarı Bülbül" restoranında AQTA əməkdaşları yoxlama keçirib. Baxış zamanı mətbəxdə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu, temperatur rejiminə əməl olunmadığı müəyyən edilib, həmçinin müşayiətedici və mənşə sənədləri olmayan (mənşəyi naməlum) heyvan mənşəli məhsullar aşkarlanıb. 

Emal edilmiş məhsullardan və ətlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Faktla bağlı obyektin emal sahəsi məhdudlaşdırılıb, sahibkar barəsində inzibati protokol tərtib edilib. AQTA əməkdaşları Nizami rayonu, Babək prospekti 76 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Dadaşov Eldar Ağa Zəki oğluna məxsus “Sərin” şadlıq evində də yoxlama keçirib. Eyni nöqsanlar bu şadlıq evində də aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilməklə qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.

Və bu şadlıq sarayları paytaxtda bahalı, “bərkgedən”, “brend” sayılanlar, adambaşı qiymət ən aşağısı 70-80 manatdır. Bu, yəqin ki, “ən ucuz” menyulardır. Bahalı menyular 100-ə çatır, şübhəsiz. Şadlıq saraylarına mənşəyi məlum olmayan ətlər hardan gəlir, sanitar-gigiyenik tələblərin pozulması haradan başlanır, sualına cavab da AQTA-nın digər müəssisələrdə apardığı yoxlamaların nəticəsində məlum olur. Məsələn, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs İsmayılov Elsevər Yunis oğluna məxsus ev quşlarının kəsimi müəssisəsində AQTA əməkdaşları yoxlama keçirib. Baxış zamanı müəssisədə baytarlıq-sanitariya tələblərinə əməl edilmədiyi, izləmə sisteminin qurulmadığı məlum olub, eyni zamanda soyuducu anbarda baytarlıq sənədi olmayan və istifadə müddəti bitmiş müxtəlif istehsalçılara məxsus 2040 kq toyuq əti aşkarlanıb. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən, “FQ Foodex” MMC-yə məxsus çiy dönər və toyuq əti emalı müəssisəsində Agentliyin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı sanitar-texniki tələblərin pozulduğu, ət məhsullarının saxlanma şəraitinə əməl olunmadığı məlum olub, eyni zamanda mənşəyi məlum olmayan 6159 kq dondurulmuş toyuq əti və istifadə müddəti bitmiş 72 kq toyuq filesi, 360 kq toyuğun bud hissələri aşkarlanıb. Yoxlama zamanı “AL-ASR” əmtəə nişanlı çiy mal əti və toyuq əti dönərindən, çiy toyuq hissələrindən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində çiy mal əti dönərində at və toyuq DNT-si, çiy toyuq əti dönərində isə salmonella müəyyən olunub. Hər iki halla bağlı istehlaka yararsız məhsullar dövriyyədən çıxarılıb, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və sahibkar barəsində inzibati protokol tərtib edilib.

Təsəvvür etmək heç də çətin deyil, digər şadlıq saraylarında nələr baş verir, masaya düzülən, toya gələnlərə təqdim edilən yeməklər hansı şəraitdə və hansı məhsullardan hazırlanır. Amma şadlıq sarayı rəhbərləri “qulaq kəsməklə” məşğuldur. Toy xərclərini ehtimal etmək mümkünsüz hala gəlib artıq. Müasir texnologiyalar da bir tərəfdən xərcləri artırır. Lazer işıqlandırma, göydən “yağış” yağdırmaq, fişəng, “aş gətirmə”, rəqslər, “məşədi ibad və hambal”… daha hansı oyundan çıxmır şadlıq sarayları. Bər-bəzək, şöhrət düşkünü olanlar da bunların hamısını “bəh-bəh”lə qəbul edir. Toya dəvət olunanlar əvvəlcədən nəmər müəyyən etmir, toyun gedişatına, yeməklərə görə nəmər miqdarı təyin edirlər. İndiki zamanda toy dəvətnaməsi almaq, 1941-45 müharibəsində “qara kağız” almağa bərabər olub. 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ”Sherg.az”a açıqlamasında qeyd etdi ki, ictimai iaşə obyektlərinin sanitar-texniki, eləcə də sanitar-gigiyenik normaların pozulması və nöqsanların aradan qaldırılmamasında əhalinin də “payı” var: 

- Çox zaman əhali gigiyenik normalara nə dərəcədə riayət edildiyinin fərqinə varmır. Sizcə, şadlıq sarayında, şadlıq evində hansısa mərasim keçirmək istəyən və öncədən oranın mətbəxinin, sanitar qovşağının hansı durumda olduğu ilə maraqlanan vətəndaşların sayı nə qədər olar? Çox az. Bəlkə də, tək-tük insan bununla maraqlanır. İnsanları qonaqlara hansı yeməklərin təqdim olunacağı, ətin haradan gətiriləcəyi, menyuda nə var, nə yox, menyunun qiyməti maraqlandırır. Toy edənlə, şadlıq sarayı inzibatçısı arasındakı söhbətin əsas məzmunu bu olur. Masaya nələr veriləcək, menyu neçəyədi, nəyi menyudan çıxarmaq olar ki, qymət bir az aşağı düşsün, buna bənzər məsələlər. Toy edənin mətbəxə baxış keçirməsi, qidaların, ərzağın saxlandığı yerə baxması, nadir hallarda baş verən hadisədi, bəlkə də ümumiyyətlə, belə hal baş vermir. Ona görə də şadlıq sarayı rəhbərliyi də təmizlik, normalara riayət etmək kimi məsələlərə ikinci, üçüncü dərəcəli iş kimi baxır. Rəhbərlik də əsas diqqəti menyuya və əlbəttə ki, daha çox gəlir əldə etməyə yönəldir. Nəticədə biz istehlakçıların hüquqları pozulur. Bizə keyfiyyətsiz qidalar da təqdim olunur, natəmiz mətbəxdə hazırlanan yeməklər qarşımıza gətirilir. Qonaqlar da, toy sahibi də sanitar qovşağın natəmizliyini, uyğunsuz halda olmasını toyun ortasında görürlər. Daha bundan sonra kimə şikayət edəcək? O vaxt kimsə nə şikayət etmək halında olur, nə də bunun marağında. Əslində isə ictimai iaşə obyektində ən əsas diqqət sanitar-gigiyenik qaydalara ciddi riayət edilməsinə yönəlməlidir. Hazırda dünyada bilinən və bilinməyən müxtəlif xəstəliklər, viruslar var. Sağlamlığı qorumaq hamının borcudur. O cümlədən də ictimai iaşə obyektlərində bu məsələlərə ciddi yanaşılmalıdır. İstehlakçılar da tələbkar olmalıdır. Əgər hansısa kafedə, restoranda əyləşib yemək sifariş edirsənsə, keyfiyyətli xidmət görəcəyindən əmin olmalısan. Bunun üçün də tələbkar olmaq lazımdır. İstehlakçının haqqı var ki, xörəyin hansı ərzaqla və hansı şəraitdə bişirildiyini bilsin. Madam ki, yemək sifariş edirik və buna görə ödəniş edirik, keyfiyyət tələb etmək haqqımız da var. İkinci tərəfdən, illərdir şadlıq saraylarının soyğunçuluğundan yazılır, arada əlaqədar təşkilatlar bir-iki müəssisədə yoxlama aparır, nöqsanlar aşkarlanır, müəssisənini fəaliyyəti dayandırılır, bir müddət sonra eyni vəziyyət təkrarlanır. Bunun əsas səbəbi bizim insanlar şadlıq sarayında dəbdəbəli toy etmək  istəyir, bu istəyin asılılığa, vərdişə, bir-biriylə bəhsə girişməsidir. Qohumlar arasında “kim daha varlıdır” titulu qazanmaq uğrunda mübarizə aparmalarıdır. Toyu olan cütlük, bəy-gəlinə o toylardan heç nə qalmır, heç bir gəlir əldə etmirlər, çünki toyda toplanan pul elə həmin gecə şadlıq sarayına ödənir. Və bu cür yoxlamalar nəticəsində də məlum olur ki, demə, bahalı restoranlarda, şadlıq saraylarında qonaqlara natəmiz qidalar, mənşəyi məlum olmayan ətlərdən hazırlanmış yeməklər təqdim olunub. Hesab edirəm ki, cəmiyyətimiz bundan ibrət almalıdır, milli adət-ənənələrimizə uyğun olmayan şadlıq məclisləri aradan qaldırılmalıdır.     

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:388
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 Mart 2025 02:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see537

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see484

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see285

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see261

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see242

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see238

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see232

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see228

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see203

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see182

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see172

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri