Kulis.az saytına istinadən Icma.az xəbər verir. Kulis.az İlham Əzizin "Bahar xəstəliyi" adlı yeni hekayəsini təqdim edir.
Yeddi ildən sonra Rusiyadan evə qayıdırdım. Qatar səhər Bakıya çatanda, hardasa, saat 8 olardı. Vağzalda məni qardaşım Rəşad gözləyirdi.
Onu perronda görəndə, az qala, tanımadım. Saçları çallaşmışdı, bir az da kökəlmişdi, getdikcə atama oxşayırdı.
Eynək taxırdı, deyəsən, bahar xəstəliyi hələ də sağalmamışdı. Görüşdük, hal-əhval tutub maşına tərəf addımladıq. Hara gedəcəyimizi soruşdum.
Dinmədi. Mən də üstünü vurmadım. Biz iki qardaşıq. Mən ailənin ilk övladıyam. Aramızda dörd yaş fərq var.
Uşaq vaxtı heç nədən Rəşadı elə hey döyürdüm, qabağıma qatıb qovurdum. Çünki Rəşad ağıllı, tədbirli, düzdanışan uşaq idi.
Bu da məni cin atına mindirirdi. Gizlində tutub onu döyəndə üzümə qayıtmır, sakitcə ağlayır, balaca yumruqlarını sıxır, ağız-burnunu əyə-əyə
Gözlərini o qədər ovmuşdu, axırda bahar xəstəliyinə tutulmuşdu.