Icma.az, GlobalInfo portalına istinadən məlumat verir. Heydər Əliyev adına Beynəlxalq Hava Limanında fəaliyyət göstərən Hava Nəqliyyatında B
Sərnişinlərin bildirdiyinə görə, buradakı gömrük postlarında aparılan yoxlamalar normadan artıq sərt və izahsız şəkildə həyata keçirilir.
Xüsusilə xarici ölkələrin hava limanlarındakı “Duty Free” mağazalarından alınan adi məhsulların belə müsadirə olunması, sərnişinlərin saatlarla sorğu-suala tutulması narazılığı daha da artırır.
Məsələ dəfələrlə mediada gündəmə gətirilsə də, problemin aradan qaldırılması istiqamətində real addımların atılmaması suallar doğurur.
Globalinfo.az-a danışan iqtisadçı və hüquqşünas Əkrəm Həsənov bildirib ki, bir neçə il əvvəl qanunvericiliyə edilən dəyişikliklərə əsasən, müəyyən məbləğdən yuxarı dəyərə malik malların və ya eyni məhsuldan normadan artıq sayda gətirilməsi gömrük rüsumuna cəlb olunur: “Hələ o zaman bu qaydalar tənqid edilirdi, çünki onların subyektiv hallara yol açacağı aydın idi.
Birincisi, bunu müəyyən etmək çox çətindir. Məsələn, mən xaricə gedib bahalı bir əşya almışam və onu üzərimdə gətirirəm.
Gömrük orqanı bunu indi aldığımı necə sübut edəcək? Bəlkə həmin əşya əvvəldən mənim olub və sadəcə üzərimdə aparmışam?
Bu baxımdan məsələ olduqca mürəkkəbdir. Bu qaydanın tətbiq edilməsinin səbəbləri də hamıya bəllidir.