Bakı Astara yolundan şikayət Xətlənməyən ərazilərdə TƏHLÜKƏLİ VƏZİYYƏT VİDEO | Icma.az
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı-Astara avtomobil yolunun bəzi hissələrində nişanlanma xətlərinin olmaması sürücülərin narazılığına səbəb olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə videogörüntü yayılıb.
Görüntünü paylaşan şəxs bildirib ki, sözügedən yolda Alar-Cəlilabad istiqamətində xətlənmə işləri aparılmayıb.
Bu vəziyyət isə xüsusilə günün qaranlıq saatlarında hərəkət edən sürücülər üçün ciddi təhlükə yaradır.
Məsələ ilə bağlı açıqlama verən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov qeyd edib ki, regionlarda, o cümlədən ölkənin cənub bölgəsində yol nişanlarının quraşdırılması və nişanlanma xətlərinin yenilənməsi işləri həyata keçirilir: "Artıq Cəlilabad, Masallı, Astara və Lənkəran rayonlarında işlər görülüb.
Sözügedən ərazidə də plan üzrə xətlənmənin həyata keçirilməsi nəzərdə tutulub".
Oxunub 264 Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu