Bakı Astara yolundan şikayət Xətlənməyən ərazilərdə TƏHLÜKƏLİ VƏZİYYƏT VİDEO
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı-Astara avtomobil yolunun bəzi hissələrində nişanlanma xətlərinin olmaması sürücülərin narazılığına səbəb olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə videogörüntü yayılıb.
Görüntünü paylaşan şəxs bildirib ki, sözügedən yolda Alar-Cəlilabad istiqamətində xətlənmə işləri aparılmayıb. Bu vəziyyət isə xüsusilə günün qaranlıq saatlarında hərəkət edən sürücülər üçün ciddi təhlükə yaradır.
Məsələ ilə bağlı açıqlama verən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov qeyd edib ki, regionlarda, o cümlədən ölkənin cənub bölgəsində yol nişanlarının quraşdırılması və nişanlanma xətlərinin yenilənməsi işləri həyata keçirilir:
"Artıq Cəlilabad, Masallı, Astara və Lənkəran rayonlarında işlər görülüb. Sözügedən ərazidə də plan üzrə xətlənmənin həyata keçirilməsi nəzərdə tutulub".
Oxunub 264
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 20 Yanvar 2026 23:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















