Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsində Qərb təşkilatlarının fəaliyyətinə geniş imkanlar yaratsa da, Rusiyanın mərkəz və media resurslarının İrəvandakı fəaliyyətlərini hələ ki, əngəlləmir.
Əksinə, İrəvandakı Rus Evi son vaxtlar fəaliyyətini genişləndirib, Ermənistandakı məktəb və universitetlərinə rus dilində dərsliklər paylayır, şagirdlərin Rusiyanın Gümrüdəki hərbi bazasına tanışlıq səfərlərini təşkil edir.
İrəvandakı Rus Evi Ermənistan Elmlər Akademiyasının elmi mərkəzi ilə əməkdaşlıq əlaqələri də qurub.
Müqavilə birgə tədqiqat layihələrini, konfrans və seminarların təşkilini nəzərdə tutur.
Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.
Onun fikrincə, bunlar İrəvandakı Rus Evinin fəaliyyətinin görünən tərəfidir: “Bakıda fəaliyyəti dayandırılan Rus Evi kimi, İrəvandakı Rus Evi də Ukrayna əleyhinə sərgilər keçirib, Donbas separatçılarının “qəhrəmanlıqları” barədə mətnlər yayıb.
Ümumiyyətlə Rus evləri Moskvadan idarə olunduğuna görə, bu mərkəzlərin hər birinə eyni təlimatlar göndərilir.