Icma.az
close
up
RU
Bakı bağladı: İrəvan da bu “evi” qapadacaq?

Bakı bağladı: İrəvan da bu “evi” qapadacaq?

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsində Qərb təşkilatlarının fəaliyyətinə geniş imkanlar yaratsa da, Rusiyanın mərkəz və media resurslarının İrəvandakı fəaliyyətlərini hələ ki, əngəlləmir. Əksinə, İrəvandakı Rus Evi son vaxtlar fəaliyyətini genişləndirib, Ermənistandakı məktəb və universitetlərinə rus dilində dərsliklər paylayır, şagirdlərin Rusiyanın Gümrüdəki hərbi bazasına tanışlıq səfərlərini təşkil edir. İrəvandakı Rus Evi Ermənistan Elmlər Akademiyasının elmi mərkəzi ilə əməkdaşlıq əlaqələri də qurub. Müqavilə birgə tədqiqat layihələrini, konfrans və seminarların təşkilini nəzərdə tutur.

Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

Onun fikrincə, bunlar İrəvandakı Rus Evinin fəaliyyətinin görünən tərəfidir:

“Bakıda fəaliyyəti dayandırılan Rus Evi kimi, İrəvandakı Rus Evi də Ukrayna əleyhinə sərgilər keçirib, Donbas separatçılarının “qəhrəmanlıqları” barədə mətnlər yayıb. Ümumiyyətlə Rus evləri Moskvadan idarə olunduğuna görə, bu mərkəzlərin hər birinə eyni təlimatlar göndərilir. İrəvandakı Rus Evinin daha bir fəaliyyət istiqaməti var. Bu mərkəz İrəvandakı Qərb mərkəzləri ilə açıq və gizli mübarizə aparır. İrəvandakı Rus Evinin rəhbəri Vadim Fefilov bunu heç gizlətmir də. O, müsahibələrinin birində “kollektiv Qərbin” İrəvanda xeyli mərkəzinin fəaliyyətindən bu şəkildə şikayət edib: “Qərb ölkələrinin səfirlikləri İrəvandakı mərkəzləri idarə edirlər (guya İrəvandakı Rus Evi Rusiya səfirliyindən təlimat almır – E.Ş.). Qərb mərkəzlərinin fəaliyyəti erməni identikliyinə qarşıdır”. Bu sözlər açıq-aşkar Ermənistan hökumətinə qarşıdır. Çünki Qərb mərkəzlərinin fəaliyyətinə Ermənistan hökuməti şərait yaradıb. “Sputnik Ermənistan” agentliyinin də fəaliyyəti bu istiqamətdədir. “Sputnik Ermənistan” agentliyi həm Azərbaycan, həm də Ermənistan hakimiyyəti əleyhinə fəaliyyət göstərir, Paşinyana müxalif olan radikal qüvvələrə və Qarabağ separatçılarına informasiya dəstəyi verir.

Nikol Paşinyan Bakıda Rus Evinin bağlanması və “Sputnik Azərbaycan” agentliyinin fəaliyyətinin məhdudlaşdırılması qarşılığında iki yoldan birini seçə bilər. Birinci yol Azərbaycan kimi, Ermənistanda da Rus Evi və “Sputnik Ermənistan”ın fəaliyyətlərinin məhdudlaşdırılmasıdır. Bunun üçün Paşinyanın tam əsası var, hər iki qurum Ermənistan hakimiyyətinin əleyhinə çalışır. Paşinyan bu yolu seçməklə Rusiyanın Cənubi Qafqazda nüfuz imkanlarını bir az da məhdudlaşdırmış olacaq. İkinci yol, əksinə, Rusiyanın adı çəkilən iki mərkəzinin fəaliyyətini davam etdirmələrinə şəraitin yaradılmasıdır. Bu halda İrəvan Bakı ilə müqayisədə Rusiyaya yaxın görünmək istəyəcək. Ancaq bu yolun Paşinyan və onun komandası üçün faydası yoxdur. Çünki Kreml Rus evləri və “sputnik”ləri vasitəsilə Rusiyanın imperiya maraqlarını gücləndirməyə çalışır. Paşinyan isə Rusiyanın zəncirlərindən qopmayınca, ölkəsinin müstəqilliyini təmin edə bilməyəcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://axar.az
archiveBu xəbər 14 Fevral 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see521

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see473

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see367

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see315

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see255

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see251

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see232

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see231

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see227

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see222

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see217

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see207

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see200

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see198

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see193

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see192

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see186

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see181

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see178

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri