Bakı “Barselona”nın Avropa yarışları tarixində ən uzaq səfəri oldu

24.11.2026

Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Xəbər verdiyimiz kimi, İspaniyanın “Barselona” klubu UEFA Çempionlar Liqasının V turunda “Sabah”la qarşılaşmaq üçün Bakıya gəlib.
Yeniavaz.com
klubun rəsmi saytına istinadla xəbər verir ki, Bakı “kral klubu”nun Avropa turnirləri tarixində ən uzaq məsafəli səfəri kimi qeydə alınıb.
Hazırkı İspaniya çempionu Barselonadan Bakıya 3970 kilometr məsafə qət edib.
İndiyə qədər ən uzaq səfər rekordu Rusiyanın Kazan şəhərinə (3725 kilometr) məxsus olub.
Pep Qvardiolanın baş məşqçi olduğu dövrdə komanda ardıcıl iki mövsümdə (2009 və 2010-cu illər) qrup mərhələsində “Rubin”in stadionunda meydana çıxıb. Hər iki görüş heç-heçə başa çatıb.
Üçüncü ən uzaq səfər isə İsrailin Beer-Şeva şəhərinə (3114 kilometr) olub. “Barselona” bu şəhərə 1995-ci il sentyabrın 12-də UEFA Kubokunun I mərhələsinin ilk matçında iştirak etmək üçün gedib. “Barselona” Beer-Şevada “Hapoel”lə qarşılaşıb və 7:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, “Sabah” - “Barselona” oyunu noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Oyun saat 21:45-də start götürəcək.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью