Bakı “Barselona”nın Avropa yarışları tarixində ən uzaq səfəri oldu
Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, İspaniyanın “Barselona” klubu UEFA Çempionlar Liqasının V turunda “Sabah”la qarşılaşmaq üçün Bakıya gəlib.
Yeniavaz.com klubun rəsmi saytına istinadla xəbər verir ki, Bakı “kral klubu”nun Avropa turnirləri tarixində ən uzaq məsafəli səfəri kimi qeydə alınıb.
Hazırkı İspaniya çempionu Barselonadan Bakıya 3970 kilometr məsafə qət edib.
İndiyə qədər ən uzaq səfər rekordu Rusiyanın Kazan şəhərinə (3725 kilometr) məxsus olub.
Pep Qvardiolanın baş məşqçi olduğu dövrdə komanda ardıcıl iki mövsümdə (2009 və 2010-cu illər) qrup mərhələsində “Rubin”in stadionunda meydana çıxıb. Hər iki görüş heç-heçə başa çatıb.
Üçüncü ən uzaq səfər isə İsrailin Beer-Şeva şəhərinə (3114 kilometr) olub. “Barselona” bu şəhərə 1995-ci il sentyabrın 12-də UEFA Kubokunun I mərhələsinin ilk matçında iştirak etmək üçün gedib. “Barselona” Beer-Şevada “Hapoel”lə qarşılaşıb və 7:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, “Sabah” - “Barselona” oyunu noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Oyun saat 21:45-də start götürəcək.
Bu mövzuda digər xəbərlər:“Barselona” tarixinin ən uzun səfəri Bakı
23 Noyabr 2026 14:24
Avropa nəhəngindən Barselona nın ulduzuna təklif
14 Fevral 2025 11:47
Reşford ilkə imza atdı: “Barselona“nın tarixində...
19 Sentyabr 2025 10:34
Dünyanın ən kasıb ölkəsi Barselona nın sponsoru oldu
16 İyul 2025 18:28
“Barselona”nın ən gənc kapitanı oldu Tarixə düşdü
10 Sentyabr 2026 21:42
Baxış sayı:116
Bu xəbər 24 Noyabr 2026 00:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















