Bakı Fransa XİNə nota verməlidir: Təxribatları cavab qoysaq… | Icma.az
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Fransanın Ermənistandakı səfiri Olivye Dekottini İran ərazisində yerləşən Qərbi Azərbaycan vilayətinin xəritəsini yayıb.
Dekottini xəritəni “Tək və yeganə” adı ilə paylaşıb.Bakıvaxtı.az-ın məlumatına görə, Azərbaycan əleyhinə bütün platformalarda təbliğat aparan Fransa səfiri bununla guya Azərbaycan Respublikasındakı “Qərbi Azərbaycan” termininə qarşı çıxıb.
Yəni Qərbi Azərbaycan - yalnız İrandadır.Qeyd edək ki, Qərbi Azərbaycan - Şimalı Azərbaycanın qərbini - indiki Ermənistanın ərazisini əhatə edən termin kimi istifadə edilir və Azərbaycanın İrəvan, Göyçə, Vedi, Zəngəzur, Dərələyəz tarixi mahallarını əhatə edir.
İrandakı Qərbi Azərbaycan vilayəti isə Güney Azərbaycan ərazisinin 6 vilayətə bölünməsi nəticəsində yaradılıb.Politoloq Fuad Abbasov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın ölkəmizə qarşı həyata keçirdiyi bu təxribata cavab verməlidir.Siyasi şərhçi bəyan edib ki, ən azından Fransanın ölkəmizdəki səfiri XİN-ə dəvət olunaraq onun diqqətinə etirazımız çatdırılmalıdır:"Bakı Fransa Xarici İşlər Nazirliyinə nota verməlidir.
Yaddan çıxartmayaq ki, Fransada çox sayda erməni əsilli fransız vətəndaşı yaşayır.
Hər seçkidə olduğu kimi budəfəki seçkilərdə də fransızlar ermənilərin səslərindən çox asılı vəziyyətdədirlər.
Belə olduğu təqdirdə fransızlar ermənilərin tələblərini, istək və arzularını yerinə yetirməyə məcburdurlar.
Tam oxu
Xəbəri oxu