Icma.az
close
up
RU
Bakı Fransa XİNə nota verməlidir: Təxribatları cavab qoysaq…

Bakı Fransa XİNə nota verməlidir: Təxribatları cavab qoysaq…

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fransanın Ermənistandakı səfiri Olivye Dekottini İran ərazisində yerləşən Qərbi Azərbaycan vilayətinin xəritəsini yayıb. Dekottini xəritəni “Tək və yeganə” adı ilə paylaşıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Azərbaycan əleyhinə bütün platformalarda təbliğat aparan Fransa səfiri bununla guya Azərbaycan Respublikasındakı “Qərbi Azərbaycan” termininə qarşı çıxıb. Yəni Qərbi Azərbaycan - yalnız İrandadır.

Qeyd edək ki, Qərbi Azərbaycan - Şimalı Azərbaycanın qərbini - indiki Ermənistanın ərazisini əhatə edən termin kimi istifadə edilir və Azərbaycanın  İrəvan, Göyçə, Vedi, Zəngəzur, Dərələyəz tarixi mahallarını əhatə edir. İrandakı Qərbi Azərbaycan vilayəti isə Güney Azərbaycan ərazisinin 6 vilayətə bölünməsi nəticəsində yaradılıb.

Politoloq Fuad Abbasov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın ölkəmizə qarşı həyata keçirdiyi bu təxribata cavab verməlidir.

Siyasi şərhçi bəyan edib ki, ən azından Fransanın ölkəmizdəki səfiri XİN-ə dəvət olunaraq onun diqqətinə etirazımız çatdırılmalıdır:

"Bakı Fransa Xarici İşlər Nazirliyinə nota verməlidir. Yaddan çıxartmayaq ki, Fransada çox sayda erməni əsilli fransız vətəndaşı yaşayır. Hər seçkidə olduğu kimi budəfəki seçkilərdə də fransızlar ermənilərin səslərindən çox asılı vəziyyətdədirlər. Belə olduğu təqdirdə fransızlar ermənilərin tələblərini, istək və arzularını yerinə yetirməyə məcburdurlar. Növbəti tələb Qərbi Azərbaycan layihəsini bu və ya digər şəkildə ləngitmək, axsatmaq, gündəmdən çıxartmaq, mümkün qədər reallaşmasına imkan verməməkdir".

Fuad Abbasov: Səssizliyimizi qorusaq ermənilərin ayağı yer alacaq

Həmsöhbətimiz vurğulayıb ki, bu tələb Ermənistan Xarici İşlər Nazirliyi vasitəsi ilə müxtəlif xarici ölkələrdəki səfirliklərin iştirakı ilə həyata keçirilməkdədir:

"Beləliklə Azərbaycan dövlətinin də buna münasibətini, reaksiyasını öyrənilər. Bir növ dövlətimizin nəbzini yoxlayırlar. Əgər biz bu cür təxribatlara cavab verməsək, səssizliyimizi qorusaq, diplomatik etikaya riayət edərək nəzakət göstərsək, ermənilərin ayağı yer alacaq. Bu da Qərbi Azərbaycan məsələsinə qarşı daha ciddi addımların atılmasına yol açacaq. Ona görə də belə təxribat cəhdlərinə çox ciddi reaksiya verilməlidir".

Aydın Baxış

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:202
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 26 Noyabr 2024 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri