Bakı harmoniyası mühüm addım olacaq Nazir | Icma.az
Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakıda COP29-da təqdim edilən “Bakı harmoniyası” iqlim təşəbbüsü torpaqların bərpası və quraqlığa davamlılığın artırılması səylərinin genişləndirilməsində mühüm addım olacaq.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev BMT-nin Səhralaşmaya qarşı mübarizə Konvensiyasının 16-cı Tərəflər Konfransı (COP16) çərçivəsində Ər-Riyad şəhərində maliyyə məsələləri üzrə nazirlər dialoqunda bildirib.
Onun sözlərinə görə, bu təşəbbüs kənd icmalarının, qadınların, gənclərin hüquq və imkanlarının genişləndirilməsinə yönəlib.
“Bu təşəbbüs çoxtərəfli və milli inkişaf bankları arasında əməkdaşlığın genişləndirilməsi yolu ilə kənd təsərrüfatının iqlim dəyişikliyinə davamlılığını təmin etməyə yönəlib.
Əsas məqsəd maliyyələşmə boşluqlarının aradan qaldırılması, eləcə də fermerlərin torpaq erroziyasının qarşısının alınması və dayanıqlı kənd təsərrüfatı metodlarının tətbiqi yolu ilə dəyişən iqlimə uyğunlaşmasına dəstək göstərməkdir”, – o bildirib.
M.Babayev COP29-dakı digər nailiyyətlər arasında Paris Sazişinin 6-cı maddəsinin tam qüvvəyə minməsini, eləcə də İtki və Zərər üzrə Fondun işə salınmasını qeyd edib.
Fond barədə danışan COP29-un prezidenti vurğulayıb ki, bu fond quraqlıq da daxil olmaqla iqlim dəyişikliyinin təsirlərindən ən çox əziyyət çəkən ölkələrə əhəmiyyətli maliyyə dəstəyi göstərəcək: “Bu, iqlim itkiləri və zərərləri probleminin həlli yolunda böyük addımdır.
Tam oxu
Xəbəri oxu