Icma.az
close
up
RU
Bakı harmoniyası mühüm addım olacaq Nazir

Bakı harmoniyası mühüm addım olacaq Nazir

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda COP29-da təqdim edilən “Bakı harmoniyası” iqlim təşəbbüsü torpaqların bərpası və quraqlığa davamlılığın artırılması səylərinin genişləndirilməsində mühüm addım olacaq.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev BMT-nin Səhralaşmaya qarşı mübarizə Konvensiyasının 16-cı Tərəflər Konfransı (COP16) çərçivəsində Ər-Riyad şəhərində maliyyə məsələləri üzrə nazirlər dialoqunda bildirib.

Onun sözlərinə görə, bu təşəbbüs kənd icmalarının, qadınların, gənclərin hüquq və imkanlarının genişləndirilməsinə yönəlib.

“Bu təşəbbüs çoxtərəfli və milli inkişaf bankları arasında əməkdaşlığın genişləndirilməsi yolu ilə kənd təsərrüfatının iqlim dəyişikliyinə davamlılığını təmin etməyə yönəlib. Əsas məqsəd maliyyələşmə boşluqlarının aradan qaldırılması, eləcə də fermerlərin torpaq erroziyasının qarşısının alınması və dayanıqlı kənd təsərrüfatı metodlarının tətbiqi yolu ilə dəyişən iqlimə uyğunlaşmasına dəstək göstərməkdir”, – o bildirib.

M.Babayev COP29-dakı digər nailiyyətlər arasında Paris Sazişinin 6-cı maddəsinin tam qüvvəyə minməsini, eləcə də İtki və Zərər üzrə Fondun işə salınmasını qeyd edib.

Fond barədə danışan COP29-un prezidenti vurğulayıb ki, bu fond quraqlıq da daxil olmaqla iqlim dəyişikliyinin təsirlərindən ən çox əziyyət çəkən ölkələrə əhəmiyyətli maliyyə dəstəyi göstərəcək: “Bu, iqlim itkiləri və zərərləri probleminin həlli yolunda böyük addımdır. Eyni zamanda o, həssas icmaların torpaqların deqradasiyasının nəticələri ilə mübarizə aparmasına kömək edir”.

Muxtar Babayevin sözlərinə görə, Paris Sazişinin 6-cı maddəsinin tam işləməsi beynəlxalq karbon bazarlarının formalaşmasına imkan verəcək. Bu da həm dövlət, həm də özəl investisiyaları cəlb edərək torpaq və meşə təsərrüfatının bərpası üçün yeni maliyyə imkanları yaradacaq.

“Bu maliyyə mexanizmlərinin potensialını tam reallaşdırmaq üçün əsas maneələri aradan qaldırmaq lazımdır. Normativ aktlar və maliyyə stimulları vasitəsilə özəl sektorun iştirakı üçün daha əlverişli şəraitin yaradılması həlledici əhəmiyyət kəsb edir. Qrantlar, subsidiyalar və vergi güzəştləri də daxil olmaqla dövlət maliyyələşdirməsi həm ekoloji, həm də sosial faydalar gətirən uzunmüddətli bərpa layihələrinin həyata keçirilməsinə kömək edə bilər. Birlikdə biz torpaqlarımızın bərpasını dəstəkləmək və dayanıqlı gələcəyi təmin etmək üçün maliyyə sistemini dəyişdirə bilərik”, – M.Babayev əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 Dekabr 2024 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see297

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see292

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see283

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see270

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see263

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see259

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see245

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see234

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see228

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see220

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see209

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see204

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see182

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri