Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qazaxıstan taxılının Azərbaycan ərazisindən keçməklə Ermənistana daşınması regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası istiqamətində ilk addım ola bilər.
1991-ci ildə SSRİ-nin dağılmasından sonra ilk dəfə Azərbaycanla Ermənistan arasında yükdaşımalar həyata keçiriləcək.
Azərbaycanın Mərkəzi Asiya ilə Ermənistan arasında tranzit ölkəyə çevrilməsi “Orta dəhliz”in fəaliyyətə başlaması deməkdir.
Lakin müharibə dövründə Azərbaycanla Ermənistan arasında dağılmış dəmir yolu infrastruktunun hələ bərpa olunmaması bu daşımaların birbaşa həyata keçirilməsinə imkan vermir.
Ona görə də hələlik Qazaxıstan taxılının Gürcüstan vasitəsilə nəql edilməsi qərara alınıb.
Yəqin ki, yaxın günlərdə digər Mərkəzi Asiya ölkələri, Çin və Rusiyadan Ermənistana, eləcə də əks istiqamətdə göndərilən yüklərin Azərbaycan və Gürcüstan ərazisindən keçməklə daşınması baş tuta bilər.
Buna baxmayaraq, ixracatçı ölkələr məsafənin və xərclərin azlığı baxımından Azərbaycan və Ermənistan arasında birbaşa nəqliyyat əlaqələrinə üstünlük verirlər.