Icma.az
close
up
RU
Bakı İcevan dəmir yolu: Qazaxın 3 kəndi Azərbaycana qaytarılacaq

Bakı İcevan dəmir yolu: Qazaxın 3 kəndi Azərbaycana qaytarılacaq

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qazaxıstan taxılının Azərbaycan ərazisindən keçməklə Ermənistana daşınması regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası istiqamətində ilk addım ola bilər. 

1991-ci ildə SSRİ-nin dağılmasından sonra ilk dəfə Azərbaycanla Ermənistan arasında yükdaşımalar həyata keçiriləcək. Azərbaycanın Mərkəzi Asiya ilə Ermənistan arasında tranzit ölkəyə çevrilməsi “Orta dəhliz”in fəaliyyətə başlaması deməkdir. 

Lakin müharibə dövründə Azərbaycanla Ermənistan arasında dağılmış dəmir yolu infrastruktunun hələ bərpa olunmaması bu daşımaların birbaşa həyata keçirilməsinə imkan vermir. 

Ona görə də hələlik Qazaxıstan taxılının Gürcüstan vasitəsilə nəql edilməsi qərara alınıb. Yəqin ki, yaxın günlərdə digər Mərkəzi Asiya ölkələri, Çin və Rusiyadan Ermənistana, eləcə də əks istiqamətdə göndərilən yüklərin Azərbaycan və Gürcüstan ərazisindən keçməklə daşınması baş tuta bilər. 

Buna baxmayaraq, ixracatçı ölkələr məsafənin və xərclərin azlığı baxımından Azərbaycan və Ermənistan arasında birbaşa nəqliyyat əlaqələrinə üstünlük verirlər. Zəngəzur dəhlizinin açılmasına marağın artması da bununla bağlıdır. “Tramp marşrutu” üzrə yolların inşasının 2028-ci ilə hazır olacağını nəzərə alsaq, digər istiqamətlərdə də daşımaların vacibliyi gündəmə gəlir. 

Azərbaycan və Gürcüstan vasitəsilə Ermənistana göndərilən taxılı Bakı-İcevan dəmir yolu yolu ilə Ermənistana ötürmək mümkündür. Yəni yüklər Qazax rayonundan Gürcüstana deyil, birbaşa Ermənistan ərazisinə daxil ola bilər. Mal və məhsullar Gürcüstan vasitəsilə daşındıqda ixracatçıə tərəf iki ölkəyə tranzithaqqı ödəməli olur. 

Lakin Birinci Qarabağ müharibəsi dövründə Bakı-İcevan (Karvansaray) dəmir yolu da Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb. Hətta dəmir yolunun keçdiyi Qazax rayonunun Barxudarlı və Sofulu kəndləri hələ də işğal altındadır. 

Ermənilər Barxudarlı və Sofulu stansiyalarını yarasız hala salıblar. Bu baxımdan, Qazaxıstan taxılının dəmir yolu ilə Ermənistana ixracı Qazax rayonunun işğal altındakı 3 anklav kəndinin də Azərbaycana qaytarılması məsələsini aktuallaşdırır. 

Zəngəzur dəhlizi ilə yanaşı, Bakı-İcevan dəmir yolu xəttinin bərpası artıq günün tələbinə çevrilir. Çox gaman ki, Nikol Paşinyan hökuməti 2026-cı ilin iyun ayında keçiriləcək parlament seçkiləri öncəsi və hazırda Ermənistanda etirazların başladığı bir vaxtda bu addımı atmaqdan çəkinəcək. Ancaq seçkilərdən sonra işğal altında qalan yaşayış məntəqələrinin Azərbaycana qaytarılması istiqamətində addımlar ata bilər. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: Bakı-İcevan dəmir yolu Qazaxın 3 kəndi

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:59
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Oktyabr 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see250

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see206

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see183

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see146

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see145

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see144

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see136

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see136

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see135

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see135

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see127

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see126

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see126

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see125

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see124

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see124

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see124

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri