Bakı ilə Astana arasındakı münasibətlər yalnız diplomatik deyil, həm də strateji və dəyərl…
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 20 oktyabr, AZƏRTAC Prezident İlham Əliyevin Qazaxıstanın “Kazinform” agentliyinə verdiyi müsahibə göstərdi ki, Bakı ilə Astana arasındakı münasibətlər yalnız diplomatik deyil, həm də strateji və dəyərlərə söykənən qardaşlıq modelidir.
Azərbaycan–Qazaxıstan əlaqələri bu gün türk dünyasının ən etibarlı sütunlarından birinə çevrilib.
Müsahibədə səsləndirilən fikirlərdən iki ölkə arasında həm siyasi, həm iqtisadi, həm də mədəni sahələrdə qarşılıqlı etimadın gücləndiyi açıq şəkildə hiss olunur.
Bu münasibətlərin kökü ortaq tarix, dil, din və mentalitetdədir.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə sıx təmaslar, həmçinin son illərdə həyata keçirilən qarşılıqlı səfərlər, imzalanan sənədlər və reallaşdırılan layihələr münasibətləri praktiki səviyyəyə daşıyıb.
Xüsusilə azad edilmiş Füzuli şəhərində Qazaxıstan tərəfindən inşa edilən Kurmanqazı adına Uşaq Yaradıcılığı Mərkəzi bu dostluğun rəmzinə çevrilib.
Bu layihə həm humanitar jest, həm də türk həmrəyliyinin real təzahürüdür.
Tam oxu
Xəbəri oxu