Icma.az
close
up
RU
Bakı ilə Astana arasındakı münasibətlər yalnız diplomatik deyil, həm də strateji və dəyərlərə söykənən qardaşlıq modelidir ŞƏRH

Bakı ilə Astana arasındakı münasibətlər yalnız diplomatik deyil, həm də strateji və dəyərlərə söykənən qardaşlıq modelidir ŞƏRH

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 20 oktyabr, AZƏRTAC

Prezident İlham Əliyevin Qazaxıstanın “Kazinform” agentliyinə verdiyi müsahibə göstərdi ki, Bakı ilə Astana arasındakı münasibətlər yalnız diplomatik deyil, həm də strateji və dəyərlərə söykənən qardaşlıq modelidir. Azərbaycan–Qazaxıstan əlaqələri bu gün türk dünyasının ən etibarlı sütunlarından birinə çevrilib. Müsahibədə səsləndirilən fikirlərdən iki ölkə arasında həm siyasi, həm iqtisadi, həm də mədəni sahələrdə qarşılıqlı etimadın gücləndiyi açıq şəkildə hiss olunur. Bu münasibətlərin kökü ortaq tarix, dil, din və mentalitetdədir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə sıx təmaslar, həmçinin son illərdə həyata keçirilən qarşılıqlı səfərlər, imzalanan sənədlər və reallaşdırılan layihələr münasibətləri praktiki səviyyəyə daşıyıb. Xüsusilə azad edilmiş Füzuli şəhərində Qazaxıstan tərəfindən inşa edilən Kurmanqazı adına Uşaq Yaradıcılığı Mərkəzi bu dostluğun rəmzinə çevrilib. Bu layihə həm humanitar jest, həm də türk həmrəyliyinin real təzahürüdür.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Tural İsmayılov söyləyib.

Onun sözlərinə görə, Azərbaycan ilə Qazaxıstan arasında təxminən 170 sənəd imzalanıb, bu da çoxşaxəli əməkdaşlığın hüquqi bazasını möhkəmləndirir. İqtisadi əlaqələrin dərinləşməsi, ticarət dövriyyəsinin artması və investisiya axınının güclənməsi dövlətlərarası münasibətlərə praktiklik gətirib. Xəzər dənizi isə həm enerji, həm də logistika baxımından bu əməkdaşlığın mərkəzi elementinə çevrilib. Orta Dəhliz layihəsi bu baxımdan strateji əhəmiyyət daşıyır və iki ölkənin qlobal nəqliyyat sistemində rolunu artırır.

“Azərbaycan və Qazaxıstan yalnız regional deyil, həm də beynəlxalq səviyyədə eyni mövqedən çıxış edir. Türk Dövlətləri Təşkilatı (TDT) çətiri altında bu əməkdaşlıq daha da sistemləşib. Bu birliyin “Türk dünyasının inteqrasiyasının mühərriki” adlandırılması yeni strateji baxış ortaya qoyur. Müsahibədə türk dövlətləri arasındakı həmrəyliyin gələcəkdə daha praktiki və iqtisadi əsaslara söykənəcəyinə diqqət çəkilib.

İkitərəfli münasibətlərin xüsusiyyəti ondadır ki, burada emosiyadan çox, dövlətçilik ağılı dayanır. Azərbaycan və Qazaxıstan həm tarixi bağlılıqların, həm də müasir reallıqların diktə etdiyi ortaq yolun yolçularıdır. Qlobal geosiyasətdə türk dünyası bu iki dövlətin koordinasiyasından faydalanacaq. Azərbaycanın Zəngəzur dəhlizi təşəbbüsləri ilə Qazaxıstanın logistika siyasəti bir-birini tamamlayır ki, bu da həm nəqliyyat, həm də geoiqtisadi inteqrasiyanın əsas sütunlarındandır.

Prezident İlham Əliyevin müsahibəsində səslənən fikirlər göstərir ki, Azərbaycan–Qazaxıstan münasibətləri yalnız bu gün üçün deyil, gələcək onilliklər üçün planlanır. Dayanıqlılıq, qarşılıqlı fayda və strateji balans prinsipləri burada əsas rol oynayır. İki ölkə liderləri arasında formalaşmış etimad mühiti regional məsələlərdə koordinasiyanı asanlaşdırır”, - deyə T.İsmayılov vurğulayıb.

O əlavə edib ki, mədəni əlaqələrin genişlənməsi, ədəbiyyat, təhsil, kino və incəsənət sahələrində əməkdaşlıq cəmiyyətləri bir-birinə daha da yaxınlaşdırır. Qazaxıstanın Azərbaycanın azad edilmiş ərazilərinin bərpasına verdiyi dəstək həm simvolik, həm də siyasi anlamda dərin mesaj daşıyır. Enerji diplomatiyası da əməkdaşlığın mühüm hissəsidir: neft, qaz və alternativ enerji sahələrində yeni layihələr gündəmdədir. Azərbaycanın enerji infrastrukturu ilə Qazaxıstanın ixrac potensialının birləşməsi regionu Avrasiyanın enerji xəritəsində mühüm mərkəzə çevirə bilər. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Qazaxıstan üçün, Aktau limanı isə Azərbaycan üçün strateji əhəmiyyət daşıyır.

Müsahibə göstərir ki, Azərbaycan–Qazaxıstan münasibətləri, sadəcə, dostluq deyil, həm də siyasi sabitliyin, iqtisadi rasionalizmin və mədəni birliyin sintezidir. Bu əməkdaşlıq modeli türk dövlətlərinin artıq tarixi deyil, gələcəyi birgə qurduğunu göstərir. Prezident İlham Əliyev bir daha sübut etdi ki, Azərbaycan regionda təkcə iştirakçı dövlət deyil, eyni zamanda, istiqamət verən siyasi mərkəzidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Oktyabr 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see293

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see274

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see165

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see164

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see145

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see143

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see141

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see140

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see137

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see136

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see135

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see131

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see131

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see128

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see128

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri