Bakı İrəvan: əvvəl şərt, sonra sülh! | Icma.az
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ATƏT-in Minsk qrupunun ləğvi, daha doğrusu, Azərbaycanla və Ermənistanın qurumun rəsmən fəaliyyətinin dayandırılması barədə birgə müraciətin ünvanlanması.
Məlum olduğu kimi, Bakının İrəvanla bütün bəndləri razılaşdırılmış sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü iki şərtdən biri budur.
O da məlumdur ki, ölkəmizin mövqeyi Qarabağ münaqişəsinin, ümumən işğalçılığa səbəb olmuş ərazi iddiası məntiqinin tamamilə gündəmdən düşməsinə hesablanıb.
Nəzərə alaq ki, ATƏT-in Minsk qrupu Qarabağ münaqişəsinin həlli ilə “məşğul olurdu”. Əslində, vaxt uzadırdı.
Bu məqsədlə təsisatın Rusiyadan, ABŞ-dan və Fransadan olan həmsədrləri təxminən otuz ilə yaxın müddətdə Azərbaycana və Ermənistana mənasız səfərlər gerçəkləşdirdilər.
Özlərini, guya, iş görürlərmiş kimi apardılar. Hələ ATƏT sədrinin Anjey Kaspşik adlı şəxsi nümayəndəsi də xatirimizdədir.
Adam, öz aləmində, qoşunların təmas xəttində monitorinqlər keçirir, sanki, atəşkəs rejimini “qoruyur”, rəhbərliyə “hər şeyin qaydasında olduğuna” dair yekə-yekə hesabatlar verirdi.
Tam oxu
Xəbəri oxu