Icma.az
close
up
RU
Bakı İrəvan: əvvəl şərt, sonra sülh!

Bakı İrəvan: əvvəl şərt, sonra sülh!

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ATƏT-in Minsk qrupunun ləğvi, daha doğrusu, Azərbaycanla və Ermənistanın qurumun rəsmən fəaliyyətinin dayandırılması barədə birgə müraciətin ünvanlanması. Məlum olduğu kimi, Bakının İrəvanla bütün bəndləri razılaşdırılmış sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü iki şərtdən biri budur. O da məlumdur ki, ölkəmizin mövqeyi Qarabağ münaqişəsinin, ümumən işğalçılığa səbəb olmuş ərazi iddiası məntiqinin tamamilə gündəmdən düşməsinə hesablanıb.

Nəzərə alaq ki, ATƏT-in Minsk qrupu Qarabağ münaqişəsinin həlli ilə “məşğul olurdu”. Əslində, vaxt uzadırdı. Bu məqsədlə təsisatın Rusiyadan, ABŞ-dan və Fransadan olan həmsədrləri təxminən otuz ilə yaxın müddətdə Azərbaycana və Ermənistana mənasız səfərlər gerçəkləşdirdilər. Özlərini, guya, iş görürlərmiş kimi apardılar. Hələ ATƏT sədrinin Anjey Kaspşik adlı şəxsi nümayəndəsi də xatirimizdədir. Adam, öz aləmində, qoşunların təmas xəttində monitorinqlər keçirir, sanki, atəşkəs rejimini “qoruyur”, rəhbərliyə “hər şeyin qaydasında olduğuna” dair yekə-yekə hesabatlar verirdi. Azərbaycan rəsmiləri işğal olunmuş torpaqlarımızı istənilən yolla geri qaytarmaqdan söz açanda isə bu adamlar ağızları köpüklənə-köpüklənə münaqişənin hərbi həllinin mümkünsüzlüyünü bildirir, “sülh göyərçinlərinə” çevrilirdilər. Yeri gəlmişkən, 44 günlük müharibə belələri üçün də yaxşı dərs oldu. İndi ATƏT-in Minsk qrupunun ləğvi təxminən eyni mahiyyət daşımalıdır. Yazımızda bunun da izahını verəcəyik.

Deməli, ATƏT-in gerçək məramı Minsk qrupunun “köməyi” ilə vaxt uzadıb Azərbaycan torpaqlarının işğalını legitimləşdirməyə yönəlmişdi. Bu, bütövlükdə kollektiv Qərbin mövqeyinin ifadəsi olmuşdu. Diqqət yetirək, ölkəmiz 2001-ci ildə Avropa Şurasına üzv qəbul edilmişdi. Təşkilatdan Qarabağ məsələsində ədalət gözləmişdik. Düzdür, AŞ bəzi qətnamələri ilə işğalın dayandırılmasına çağırışlar səsləndirmişdi. Amma sənədlər mənasız və kəsərsiz çağırış mahiyyəti daşımışdı. Prinsipial yanaşmaya gəlincə, AŞ-dən bildirmişdilər ki, münaqişənin həlli ilə məşğul olan ATƏT-dir.

Beləliklə, özünü üzv ölkələrdə insan hüquqlarının qorunmasına mükəlləf sayan AŞ erməni işğalı nəticəsində bir milyona yaxın azərbaycanlının yaşam hüququndan məhrum duruma düşməsini hesaba almaqdan boyun qaçırmışdı. Bunu qurumdakıların diqqətinə çatdıranda gözlərini döymüşdülər.

Bəli, böyük əksəriyyət etibarilə Qərb dünyası üçün Ermənistanın təcavüzkar siyasətinin, yəni haqsızlığın və ədalətsizliyin müdafiəsi ATƏT platformasında, daha dəqiq desək, həmin platformanın Minsk qrupu kontekstində gerçəkləşən proses olmuşdu. Ona görə Azərbaycanın qrupun ləğvinə dair hazırkı tələbi təkcə İrəvanın işğalçı mahiyyətini sıradan çıxarmaq məqsədi daşımırdı. Ölkəmizin siyasəti bütövlükdə erməni məsələsi üzərinə siyasi sərmayə yatıranların strateji yanaşmalarını darmadağın etməyə yönəlib. Rəsmi İrəvan isə ATƏT-in Minsk qrupunun rəsmən fəaliyyətini dayandırması ilə razılaşmaqla, xaricdəki havadarlarının ərazi iddiası ilə bağlı yardımlarından imtina etdiyini təsdiqləmiş olacaqsa, digər tərəfdən, Ermənistan hakimiyyəti avantürizm naminə alətə çevrilmək niyyətindən uzaqlaşdığı mesajını verəcək. Amma başqa vacib nüans var...

Hələlik onu deyək ki, açıqladığımız məqamlar Azərbaycanın irəli sürdüyü şərtin – haqqında söz açdığımız ATƏT-in Minsk qrupunun ləğvi təşəbbüsünün fundamentallıq göstəriciləridir. Ermənistan uzun müddət bu şərti səssiz qarşılayıb və çalışıb ki, sırf öz baxış bucağını təbliğ edərək, beynəlxalq miqyasda dəstək qazansın. Ölkəmizin qətiyyətli mövqeyi nəticəsində rəsmi İrəvanın təmsilçiləri əvvəlcə ATƏT-in Minsk qrupunun yalnız sülh müqaviləsi imzalandıqdan sonra buraxıla biləcəyini bildirdilər. İndi isə dedikləri budur ki, təsisatın rəsmən ləğvi üçün müraciəti barış sazişinin imzalanması ilə eyni vaxtda ünvanlamağa hazırdırlar. Bunu ötən həftə həm Ermənistanın baş naziri Nikol Paşinyan, həm də ölkənin xarici işlər naziri Ararat Mirzoyan dedi. Hər ikisinin sözlərindən gəlinən qənaət budur: Sülh müaviləsi varsa, Minsk qrupuna ehtiyac yoxdur.

Ancaq biz gördüyümüzü görmüşük. Ermənistan tərəfi ATƏT-in Minsk qrupunun ləğvi ideyasına qarşı çıxıb. Hələ ölkənin hakim komandasının üzvləri bir vaxtlar təsisatın vacibliyini əsaslandırmağa da girişmiş, fikirləri bu olmuşdu ki, Minsk qrupu Qarabağ ermənilərinin bölgəyə dönüşünə, habelə “Azərbaycanda saxlanılan erməni məhbuslar” məsələsinin həllinə kömək göstərə bilər. Belə sərsəm deyimlərin ana xəttini ATƏT-in uzun illər olduğu kimi, yenə Ermənistanla Azərbaycan arasında vasitəçilik missiyasını həyata keçirməsi istəyi təşkil etmişdi.

Gələk anonsunu verdiyimiz başqa nüansa. Tam əminliklə deyə bilərik ki, kollektiv Qərbin ermənipərəstlik kursunun başlıca təsir aləti sayılan ATƏT-in Minsk qrupunun ləğvi təkcə Ermənistanlıq deyil. Məsələ həm də beynəlxalq aləmin ermənipərəstləri ilə bağlıdır. Erməni məsələsinin həmin Qərbin geosiyasi maraqlarından qaynaqlandığını vurğulamışıq. Ona görə rəsmi İrəvanın sülh müqaviləsi ilə eyni vaxtda Minsk qrupunun buraxılmasına dair birgə müraciətin ünvanlanmasına dair mövqeyinə şübhə pəncərəsindən baxmalıyıq.

Şübhəmizi şərtləndirən düşüncəmizdir. Düşünürük ki, tutalım, Azərbaycan və Ermənistan rəsmiləri sülh müqaviləsinə imza atdıqları gün ATƏT-in Minsk qrupunun ləğvi üçün müştərək müraciəti də imzaladılar. Kim təminat verə bilər ki, ATƏT rəhbərliyi məsələyə xeyir-dua verəcək? Əlbəttə, ATƏT dedikdə biz təkcə bu təşkilatın mövqeyinə deyil, ümumən, Qərbin yanaşmasına söykənirik. Hər halda, Ermənistan özbaşına deyil.

Digər yandan, İrəvan üçün atdığı imzanın əhəmiyyət payı varmı? Bu barədə də ciddi düşünülməlidir. Axı xeyli müddətdir, Ermənistan rəhbərliyinin çeşidli manipulyasiyalarını görmüşük. Görürdük ki, Paşinyan administrasiyası ilə sülh sazişinin bəndlərini razılaşdırmaq müşkülə çevrilib. Müqavilənin 13 bəndi üzrə razılıq əldə ediləndə rəsmi İrəvanın təmsilçiləri sənədin imzalanmaq üçün tam hazır olduğunu vurğulayır və mövcud istiqamətdə təbliğat aparırdılar. Onlar təbliğatlarına anti-Azərbaycan motivləri qataraq, xüsusən, ölkəmizi sülh istəməyən tərəf kimi göstərməyə çalışaraq, təzyiq yolu tutur, var gücləri ilə sazişin natamam şəkildə ərsəyə gəlməsinə səy göstərirdilər. Sonradan 15 bənd üzrə razılıq zamanı da eyni cür davrandılar. Yəni, çalışdılar ki, sülh müqaviləsi avantürizm pəncərəsi tam bağlanmadan imzalansın.

Azərbaycan ötən müddətdə, obrazlı desək, həmin pəncərənin deşiklərini tıxamaqla məşğul oldu. Ölkəmizin məqsədi barış mühitini avantürizmin gələcək təsirlərindən sığortalamaq idi və yenə həmin məqsəd öz aktuallığını qorumaqdadır. Çünki Prezident İlham Əliyevin vurğuladığı kimi, Ermənistana inam sıfıra bərabərdir. Dövlətimizin başçısı bu fikri sülh müqaviləsinin bütün bəndləri razılaşdırıldıqdan sonra bildirirsə, deməli, həm də həmin vaxtadək keçilmiş yolun rəvanlıqdan uzaqlığını vurğulayır.

Bəli, Ermənistana etibar yoxdur. Yəni, indiki durumda ölkə Azərbaycanla birgə ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı müştərək müraciət ünvanlasa belə, heç kəs deyə bilməz ki, Paşinyan və komandası gələcəkdə səmimi davranacaq, təsisatın rəsmən ləğvi baxımından israrlı olacaq. ATƏT-də, yaxud Qərbdə kimsə özünün sərsəm düşüncələrini işə salıb Minsk qrupunun hələ də qalmalı olduğunu əsaslandırmağa qalxsa, Paşinyan administrasiyası üzvlərinin həmin şəxsin çaldığı musiqiyə qol qaldırmayacaqlarını söyləmək çox çətindir. Axı Paşinyanın öz imzasından dolayı imtinasına, səsləndirdiyi fikirlərə zidd hərəkətlərinə çox şahidlik etmişik. Belə yanaşma isə böyük anlamda götürsək, iki Cənubi Qafqaz ölkəsi arasında etimad quruculuğuna zərbə vurub.

Baxın, səsləri hələ də çıxmaqda olan Qarabağdakı keçmiş separatçı tör-töküntülərin özünü “prezident” adlandıran oyuncaq lideri Samvel Şahramanyan bildirir ki, ATƏT-in Minsk qrupu aradan qaldırılmamalı, erməni ictimaiyyəti buna yol verməmək üçün ölkə iqtidarına təzyiq göstərməlidir. Hələ Şahramanyan Ermənistandakı revanşist-şovinist kəsimin ən xırda təmsilçisi statusundadır. Başqa “iribuynuzlu” avantüristlər var. Bütün bunlara görə əvvəlcə ATƏT-in Minsk qrupu rəsmən ləğv edilməli, sülh sazişi yalnız proses tamamilə başa çatdıqdan sonra imzalanmalıdır. Başqa sözlə desək, Azərbaycan qarşısındakı məğlubiyyət təkcə Ermənistan yox, onun havadarları tərəfindən də təsdiqlənməlidir.

Sonda bir məqamı da vurğulayaq. Azərbaycan hakimiyyəti əbəs yerə bildirmir ki, Ermənistandakı faşizmin kökü kəsilməlidir. Heç şübhəsiz, bu, erməni avantürizminin tarixin arxivinə gömmək zərurətindən qaynaqlanmış mövqedir. O avantürizm ki, rəsmi İrəvan hazırda ondan tamamilə imtina etməmək üçün, bir növ, tutacaq yerlər axtarır.

Ölkəmizin isə sülh müqaviləsinin imzalanması baxımından irəli sürdüyü daha bir şərt var. Söhbət Ermənistan konstitusiyasına dəyişiklikdən gedir. Yəni, dəyişiklik erməni əsas qanununu işğalçılığı rəhbər tutan ərazi iddiası motivindən qurtarmalıdır. Bu, konstitusiyanın ölkənin İstiqlaliyyət bəyannaməsinə istinad yükündən xilası ilə mümkündür.

Hazırda Ermənistan rəhbərliyi sülh müqaviləsi ilə eyni vaxtda ATƏT-in Minsk qrupunun ləğvi üçün müraciətin imzalanması üzərində dayanırsa, deməli, Azərbaycanın konstitusiya dəyişikliyi tələbini müəyyən mənada unutdurmaq, diqqəti onun üzərindən yayındırmaq məqsədini güdür. Halbuki, iki məsələyə eyni prizmadan münasibət mütləqdir. Prinsipial baxış belə olmalıdır: əvvəlcə Azərbaycanın şərtləri tam şəkildə, hansısa siyasi möhtəkirlik elementlərini saxlamadan yerinə yetirilməli – işğalçılıq və ərazi iddiası mərəzindən imtina baxımından maksimum təminat yaranmalı, nəticə etibarilə sülhün Cənubi Qafqazı inkişafa daşıyacaq məramına hətta nəzəri təhdid meyili belə sıradan çıxarılmalı, sonra sülh müqaviləsi imzalanmalıdır.

Ə.CAHANGİROĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Aprel 2025 07:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see303

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see298

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see247

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see245

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see242

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see240

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see228

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see226

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see221

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see217

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see212

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see207

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see203

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see200

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see199

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see194

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see188

59 yaşlı Nikol qırmızı xalıya şəffaf geyimdə çıxdı

01 Sentyabr 2026 13:37see187

Vens: ABŞ ın səylərinin böyük hissəsi gəmilərin boğazdan sərbəst keçidinin təmin edilməsinə yönəlib

01 Sentyabr 2026 05:02see170

Xalq artisti: Məni ad gününə, toylarınıza da çağırmayın (Video)

01 Sentyabr 2026 15:15see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri