Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Baş nazir erməni avantürizmini qorumaq üçün hər vasitəyə əl atır Baş nazir Nikol Paşinyan ölkə parlamentindəki çıxışında yenə Azərbaycanın sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü şərtlərdən söz açarkən, Bakının Ermənistan konstitusiyasına dəyişiklik edilməsi tələbi üzərində xüsusi dayanıb.
Bəri başdan deyək ki, Nikolun dedikləri, həmişəki kimi, hiyləgərlikdir.
Arayış üçün bildirək ki, Ermənistan konstitusiyası ölkənin İstiqlaliyyət bəyannaməsinə istinad edir.
Bəyannamədə isə vurğulanır ki, Ermənistan Respublikasının yaranması həm də keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin milli şurası (?) deyilən separatçıların birləşdiyi saxta qurumun qərarına əsaslanır.
Bir sözlə, bəyannamədə Ermənistanın olmayan, daha dəqiq desək, Azərbaycana məxsus ərazinin adı çəkilir.
O ərazinin ki, onun uğrunda iki müharibə olub. O ərazi ki, onun timsalında erməni millətçilərinin Azərbaycanın əzəli torpaqlarına iddia mərə
Bu səbəbdən ölkəmizin Ermənistan konstitusiyası ilə bağlı narahatlığı anlaşılandır.