Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

Bakı İrəvan sülhü kontekstində konstitusiya manipulyasiyası

Bakı İrəvan sülhü kontekstində konstitusiya manipulyasiyası

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Baş nazir erməni avantürizmini qorumaq üçün hər vasitəyə əl atır

Baş nazir Nikol Paşinyan ölkə parlamentindəki çıxışında yenə Azərbaycanın sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü şərtlərdən söz açarkən, Bakının Ermənistan konstitusiyasına dəyişiklik edilməsi tələbi üzərində xüsusi dayanıb. Bəri başdan deyək ki, Nikolun dedikləri, həmişəki kimi, hiyləgərlikdir.

Arayış üçün bildirək ki, Ermənistan konstitusiyası ölkənin İstiqlaliyyət bəyannaməsinə istinad edir. Bəyannamədə isə vurğulanır ki, Ermənistan Respublikasının yaranması həm də keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin milli şurası (?) deyilən separatçıların birləşdiyi saxta qurumun qərarına əsaslanır. Bir sözlə, bəyannamədə Ermənistanın olmayan, daha dəqiq desək, Azərbaycana məxsus ərazinin adı çəkilir. O ərazinin ki, onun uğrunda iki müharibə olub. O ərazi ki, onun timsalında erməni millətçilərinin Azərbaycanın əzəli torpaqlarına iddia mərəzi yekunda işğal faktını və bir milyona yaxın vətəndaşımızın doğma yurd-yuvalarından didərgin düşməsi kimi acı reallığı doğurmuşdu. Bu səbəbdən ölkəmizin Ermənistan konstitusiyası ilə bağlı narahatlığı anlaşılandır.

N.Paşinyan detallara getməsə də, parlamentdəki çıxışında Azərbaycanın narahatlığının əsaslı olduğunu vurğulayıb. O deyib ki, rəsmi Bakı Ermənistan konstitusiyasına dəyişiklik şərtini səsləndirəndə səmimidir və bu tələb bir çox ekspertlərin iddialarının əksinə olaraq, heç də sülh müqaviləsini imzalamaqdan yayınmaq bəhanəsi deyil. Hesab edirik ki, erməni baş nazirin belə yanaşması müsbət hal kimi qiymətləndirilə bilər. Amma...

“Əmma”sı Paşinyanın sonra bildirdikləri, fikirlərini əsaslandırmaq üçün qurduğu dolaşıq cümlələrdir. O deyir ki, Ermənistan konstitusiya məhkəməsi əsas qanunda nələrin olduğunu və olmadığını bildirən orqandır. Nikolun sözlərinə görə, məhkəmə 2024-cü ilin sentyabrında hər iki ölkənin delimitasiya komissiyalarının birgə əsasnaməsini nəzərdən keçirərkən qərara gəlmişdi ki, Alma-Ata Bəyannaməsi Ermənistanla Azərbaycan arasında sərhədlərin demarkasiyası üçün başlıca prinsipdir. Həmin sənədə əsasən, müstəqil Ermənistanın ərazisi Sovet Ermənistanının ərazisi, müstəqil Azərbaycanın ərazisi isə Sovet Azərbaycanının ərazisi ilə eynidir: “Bunun əsasında (Alma-Ata Bəyannaməsinin – red.) tərəflər 2022-ci ilin oktyabrında Praqada münasibətləri tənzimləmək barədə razılığa gəlmişdilər. Bu yanaşma Ermənistan konstitusiyasına tam uyğundur və təbii olaraq, müəyyən edilib ki, konstitusiyada nə Azərbaycana, nə də başqa ölkəyə qarşı ərazi iddiaları var”.
Paşinyanın parlamentdəki çıxışında başqa nələri dilə gətirdiyinə diqqət yetirəcəyik. Ancaq əvvəlcə bəzi məqamları vurğulayaq. Əvvəla, Ermənistan Alma-Ata Bəyannaməsinə məhəl qoysaydı, Azərbaycanın torpaqlarının işğalına girişməzdi. İkincisi, işğal üçün motivasiya mənbəyi haqqında söz açdığımız keçmiş DQMV milli şurasının qərarı olmuşdu ki, ona Ermənistanın İstiqlaliyyət bəyannaməsində yer verilməsi hər şeyi deyir. Ölkə konstitusiyasının bəyannaməyə istinadı da həmçinin.
Üçüncüsü, Nikol 2022-ci ilin oktyabrında Praqada, 2023-cü ilin yazında Brüsseldə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bildirsə də, erməni silahlı qüvvələri Qarabağı tərk etmək istəmirdilər, bölgədə separatçı rejim varlığını sürdürürdü və onun hamisi rəsmi İrəvan idi. Üstəlik, Paşinyanın 2023-cü ilin sentyabr ayının əvvəlində yerli mediaya müsahibəsində səsləndirdiyi “Qarabağın özünün seçkili hakimiyyəti var” fikrini də vurğulamalıyıq.
Habelə, Paşinyan iqtidarı 44 günlük müharibədən sonra Qarabağ ermənilərinə beynəlxalq təminat məsələsini gündəmə gətirmiş, mövzunu Azərbaycanla sülh müqaviləsinin mətninə daxil etmək istəmişdi. Hələ rəsmi İrəvan tərəfindən Qarabağı tərk etmiş ermənilərin bölgəyə qayıtmaları üçün beynəlxalq təminat cəfəngiyyatını da barış sazişində görmək niyyətləri açıqlanıb. Bütün bunlar ölkəmizin yurisdiksiyasını şübhələndirmək, separatçılıq üçün baza formalaşdırmaq cəhdidir.
Yəni, ötən müddətdə Ermənistan hakimiyyəti səmimi davranmayıb, manipulyativ yol tutub. Elə Nikolun haqqında söz açdığı konstitusiya məhkəməsinin qərarı da eyni mahiyyət daşıyır. Sənədin məğzi budur ki, məhkəmə İstiqlaliyyət bəyannaməsinin konstitusiyada yer almayan müddəalarını etibarsız sayır. Belə yanaşma fundamental mahiyyət daşıya bilməz. Mümkündür ki, konstitusiya məhkəməsi sonradan öz qərarını ləğv etsin.
Bəli, Azərbaycan dövləti erməni əsas qanununa dəyişiklik şərtini irəli sürür ki, sülh müqaviləsi gerçək barış mühiti üçün maksimum təminat qazansın. Dəyişiklik isə ümumxalq səsverməsi–referendumla baş verməli, legitimlik tam təmin olunmalıdır. Digər yandan, referendum bütövlükdə erməni cəmiyyətinin Azərbaycana qarşı ərazi iddiasının qalmadığının yüksək səslə bəyan edilməsidir. Axı biz bu gün də Ermənistanda “Qarabağ” deyib vay-şivən qoparanları görürük və heç kəs təminat verə bilməz ki, onlar hakimiyyətə gəldikdən sonra bəd əməllərini işə salmayacaqlar. Referendum –
erməni xalqının iradəsi belələrinin ağzını yummalıdır. Əlbəttə, iradə sağlam məntiqə əsaslanırsa.
Ortada sağlam düşüncə tərzi olmadığına görə, Paşinyanın və bütövlükdə erməni hakim komandasının məqsədi nəyin bahasına olursa-olsun, ümumxalq səsverməsinə getməməkdir. Nikolun parlament tribunasından bildirdikləri isə bu məqsədlə edilən növbəti cəhddən başqa bir şey deyil. Beləliklə, əsas məsələdən yayınmaq yolu tutan erməni baş nazir onu da bildirib ki, guya, Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddiası var: “Amma biz bu məsələni qaldırmırıq. Çünki Ermənistanla Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsində problemi həll edən lazımi düsturlar var. Bu o deməkdir ki, Azərbaycanın konstitusiyamızla bağlı mövqeyinin bəhanə deyil, əsl narahatlıq olduğunu qəbul etsək, onu aradan qaldırmağın ən təsirli yolu müqaviləni imzalamaqdır”.
Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovun Antalya Diplomatik Forumunda bildirdiyi kimi, ölkəmizin hansısa dövlət sənədində heç bir xarici ölkəyə məxsus ərazinin adı çəkilmir. Yəni Paşinyanın əsas qanunumuzla əlaqədar bildirdikləri sərsəmlikdir. Digər tərəfdən, bəli, sülh müqaviləsinin mətnində tərəflərin bir-birilərinə qarşı hansısa iddialarının olmadığını vurğulamaları mümkündür və həmin mətndə belə müddəalar var. Amma başa düşülməlidir ki, barış sazişində nələrin əksini tapmasından asılı olmayaraq, sənəd hər şeydən əvvəl xoş niyyətin ifadəsidir. Ermənistan isə xoş niyyətə heç də asanlıqla gəlməyib və bu barədə söz açdıq.
Əlqərəz, Paşinyanın sözlərindən gəlinən qənaət budur ki, Azərbaycanın narahatlığına əsas həm də o səbəbdən yoxdur ki, imzalandıqdan sonra barış sazişi konstitusiya məhkəməsinə göndəriləcək. Yəni məhkəmə, hər bir halda, onun Ermənistanın əsas qanununa uyğunluğunu yoxlayacaq, yalnız bundan sonra saziş ratifikasiya üçün parlamentin müzakirəsinə çıxacaq. Baş nazirin sözlərinə görə, ali qanunverici orqanın isə müaviləni qəbul etməmək üçün əsası olmayacaq. Çünki, Nikolun fikrincə, konstitusiya məhkəməsinin 2024-cü ilin sentyabrındakı qərarından sonra sənədin əsas qanunla uyğunsuzluğu ehtimalı yox dərəcəsindədir.
Beləliklə, Paşinyan demək istəyir ki, əgər Ermənistan konstitisiyasında Azərbaycana qarşı ərazi iddiası varsa, belə bir cəhət müəyyənləşdiriləcək və nəticədə sülh müqaviləsi ərsəyə gəlməyəcək. Nikol, hətta, bu zaman ölkəsinin barışla konfliktin davam etdirilməsi arasında seçim etməli olacağına dair tam nəzəri mahiyyət daşıyan fikri də səsləndirib. Yəni, Paşinyanın dediyi budur ki, ərazi iddiasının olub-olmadığını Azərbaycan yox, Ermənistanın özü müəyyənləşdirsin, müvafiq surətdə həmin iddiasının aradan qaldırılması üçün hansı tədbirin görülməsinin vacibliyini diktə edən tərəf Bakı olmasın. Ona görə ki, erməni qanunvericiliyində məsələ ilə bağlı mexanizm mövcuddur.
Bir sözlə, Paşinyan öz aləmində Azərbaycanın qarşısında duran vəzifənin yalnız sülh müqaviləsini imzalamaq olduğunu əsaslandırmağa çalışır. O, bu zaman barış sazişinin beynəlxalq sənəd statusuna da diqqət yetirir və bildirir ki, beynəlxalq sənədlər yerli qanunvericilikdən üstündür. “Bu o deməkdir ki, sülh sazişi həm Ermənistanda, həm də Azərbaycanda ratifikasiya edildikdən sonra ən yüksək hüquqi qüvvəyə minəcək”, – deyən Nikolun mövzuya dair son fikri budur ki, Azərbaycan sülh sazişi ilə bağlı hazırkı mövqeyi ilə özünün qaldırdığı məsələlərin həllinə mane olur.
Necə deyərlər, ayının min oyunu bir armudun başındadır. Paşinyan da yekunda faktiki olaraq bu nəticəyə gəlir ki, sanki Azərbaycan barış sazişinin imzalanmamasına görə məsuliyyət daşıyan tərəfdir. Əvvəldə haqqında söz açdığımız hiyləgərlik də elə budur. Ancaq hiyləgərliyin başqa tərəfləri də var. Birincisi, hər bir halda, Ermənistan konstitusiyasının ölkənin İstiqlaliyyət bəyannaməsinə istinadı saxlanılırsa, daha doğrusu, sözügedən bəyannamədə Azərbaycana məxsus və illər ərzində Bakı ilə İrəvan arasında münaqişə mövzusu kimi təsdiqlənmiş ərasinin adı çəkilirsə, erməni baxış bucağıdan bu amil həmin münaqişənin davamlılığının vurğulanmasıdır.
Otuz ilə yaxın müddətdə işğaldan əziyyət çəkmiş Azərbaycanın tam ixtiyarı var ki, məsələni bu cür qəbul etsin və sülh mühitinə zidd saydığı durumun aradan qaldırılmasının zəruriliyini əsas götürsün. Yəni, indiki halda Nikolun hüquqa baş vurub dolaşıq əsaslandırma aparmasının heç bir əhəmiyyəti yoxdur. Eyni zamanda, meydana sadə sual çıxır: niyə Ermənistana məxsus dövlət sənədində başqa ölkəyə aid ərazinin adı əks olunmalıdır? Axı həmin Paşinyan özü 2024-cü ilin noyabrında demişdi ki, İstiqlaliyyət bəyannaməsində “Dağlıq Qarabağ” sözünün işlədilməsi sülh üçün maneədir. İndi niyə başqa şey danışır? Bunu bir kənara qoyaq, nə üçün Ermənistanın gerbində, ölkənin ərazisində yer almayan Ağrı dağının təsviri olmalı və həmin dağ “Ararat” adlandırılmalıdır. Yəni belə məqamlar yetərincədir.
Sonda onu da bildirək ki, baş nazir N.Paşinyanın parlament tribunasından bildirdikləri, bir növ, uşaq başı aldatmağa bənzəyir. Onun öz yarımçıq təfəkkürü ilə əsl mahiyyəti kənara qoymaq əzmi gerçək sülhə zərərdir. Nikol və komandasındakılar bu cür hərəkətlərlə, səmimiyyətdən uzaq davranışlarla, manipulyasiya olduğu aşkar görünən gedişlərlə etimad quruculuğuna zərbə vururlar. Ən əsası isə Cənubi Qafqazda özləri üçün də sərfəli perspektiv vəd edən gerçək sülh mühitinin formalaşmasına mane olurlar ki, həm bu, həm də Ermənistanın sürətlə silahlanma xətti, istər-istəməz düşünməyə vadar. Düşünməyə və əli tətikdə dayanmağa.
Ə.CAHANGİROĞLU
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Aprel 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see289

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see226

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see225

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see224

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see220

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see214

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see209

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see207

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see203

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see192

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see191

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see190

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see173

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see169

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see158

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see155

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see139

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see139

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri