Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Naxçıvanda Ermənistanla sərhəd xəttində – Ordubadın Salamməlik stansiyası ərazisində 188 km-lik dəmiryolunun yenidən qurulmasına start verilib.
Layihə tam modernləşdirilmiş dəmir yolu şəbəkəsinin yaradılmasını nəzərdə tutur və tamamlandıqdan sonra illik yükötürmə gücü 15 milyon tona çatacaq.
Bu prosesin TRIPP razılaşması və Zəngəzur dəhlizinin Orta və Şimal–Cənub dəhlizlərində inteqrasiya rolunu daha da gücləndirəcəyi deyilir.
Görəsən, bu layihə Azərbaycanın Naxçıvan–Bakı quru bağlantısının alternativsizliyini artırır, yoxsa Ermənistan üzərindən keçən sərhəd açılışını daha real edir?
Ordubad–Salamməlik dəmir yolunun yenidən qurulması əslində iki paralel geosiyasi xətti gücləndirir və bunların hər biri Ermənistanın gələcək davranışını formalaşdıracaq ciddi siqnallardır.
Bu layihə Azərbaycanın Ermənistan üzərindən keçən dəhlizə “möhtaclığı”nı azaldır.
Çünki Naxçıvanın əsas logistik yükləri Türkiyə və İran üzərindən daşınır; yeni Ordubad xətti isə Bakıya inteqrasiyanı sürətləndirən əlavə quru yoludur.