Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir. Azərbaycan Respublikasının çoxvektorlu xarici siyasətinin əsas istiqamətlərindən b
Ölkələrimiz arasında münasibətlərin xronologiyasına nəzər saldıqda əlaqələrin yalnız yüksələn xətt üzrə inkişaf etdiyini görmək mümkündür.
Sevindirici haldır ki, indiyədək əlaqələrdə heç zaman eniş olmayıb.
Azərbaycanın dövlət müstəqilliyinin 1991-ci il dekabrın 27-də ÇXR tərəfindən tanınması və 1992-ci il aprelin 2-də ikitərəfli diplomatik münasibətlərin qurulması ilə Bakı–Pekin münasibətləri yeni mərhələyə qədəm qoyub.
1992-ci ildə ÇXR-in Azərbaycanda, 1993-cü il sentyabrın 3-də isə Azərbaycanın Çində səfirliyi açılıb.
Onu da qeyd etmək lazımdır ki, iki ölkə arasında diplomatik münasibətlərin 1992-ci ildə qurulmasına rəğmən ilk dövrlərdə bu əlaqələrdə zəif inkişaf qeydə alınırdı.
Azərbaycanda əvvəlki hakimiyyətin Çinə yanaşma tərzi münasibətlərdə qarşılıqlı etimadsızlığa gətirib çıxarmışdı.
Hər iki tərəf əlaqələrin inkişafına həvəssiz yanaşırdı. Yalnız ulu öndər Heydər Əliyevin 1994-cü il martın 7-10-da bu ölkəyə etdiyi rəsmi s