Icma.az
close
up
RU
Menu

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Qol vurdu, “ən yaxşı” oldu

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

Yaponiyada ayı xarici turistə hücum ETDİ

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

E vitamini ilə zəngin 5 məhsul

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

Bakı Pekin: bəşəri dəyərlər üzərində əməkdaşlıq

Bakı Pekin: bəşəri dəyərlər üzərində əməkdaşlıq

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Azərbaycan Respublikasının çox­vektorlu xarici siyasətinin əsas isti­qamətlərindən birini də “Asiya nəhəngi” adlandırılan Çin Xalq Respublikası (ÇXR) ilə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi təşkil edir. Ölkələrimiz arasında münasibətlərin xronologiyasına nəzər saldıqda əlaqələrin yalnız yüksələn xətt üzrə inkişaf etdiyini görmək mümkündür. Sevindirici haldır ki, indiyədək əlaqələrdə heç zaman eniş olmayıb.

Azərbaycanın dövlət müstəqilliyinin 1991-ci il dekabrın 27-də ÇXR tərəfindən tanınması və 1992-ci il aprelin 2-də ikitərəfli diplomatik münasibətlərin qurulması ilə Bakı–Pekin münasibətləri yeni mərhələyə qədəm qoyub. 1992-ci ildə ÇXR-in Azərbaycanda, 1993-cü il sentyabrın 3-də isə Azərbaycanın Çində səfirliyi açılıb. Onu da qeyd etmək lazımdır ki, iki ölkə arasında diplomatik münasibətlərin 1992-ci ildə qurulmasına rəğmən ilk dövrlərdə bu əlaqələrdə zəif inkişaf qeydə alınırdı. Azərbaycanda əvvəlki hakimiyyətin Çinə yanaşma tərzi münasibətlərdə qarşılıqlı etimadsızlığa gətirib çıxarmışdı. Hər iki tərəf əlaqələrin inkişafına həvəssiz yanaşırdı. Yalnız ulu öndər Heydər ­Əliyevin 1994-cü il martın 7-10-da bu ölkəyə etdiyi rəsmi səfər, Pekində keçirdiyi yüksək səviyyəli görüşlər, o cümlədən ÇXR sədri Tszyan Tszemin tərəfindən rəsmi qarşılanma mərasimi, bir sıra sənədlərin imzalanması əlaqələrin üstün səviyyəyə qalxmasına səbəb oldu.

Prezident İlham Əliyevin səfərlərinin tarixinə nəzər saldıqda isə dövlətimizin başçısının 2005-ci il martın 17-19-da Çinə rəsmi səfər, 2008-ci il avqustun 8-də işgüzar səfər, 2014-cü il mayın 20-21-də işgüzar səfər, 2015-ci il dekabrın 8-11-də dövlət səfəri və  2019-cu il aprelin 24-27-də işgüzar səfər etdiyini görmək mümkündür. Bu səfərlər göstərir ki, Azərbaycan Respublikası ÇXR-lə münasibətlərə xüsusi əhəmiyyət verir və əlaqələrin bütün sahələr üzrə genişləndirilməsində maraqlıdır. Məhz iki ölkənin dövlət başçıları səviyyəsində təşəkkül tapmış, qarşılıqlı etimada və dostluğa əsaslanan münasibətlər siyasi, iqtisadi, hərbi, humanitar, mədəni və digər sahələrdə müşahidə olunan hazırkı yüksək inkişaf dinamikasının əsasını təşkil edir. İki ölkə arasında mövcud fəal siyasi dialoq nəticəsində energetika, ticari-iqtisadi, rabitə-kommunikasiya, nəqliyyat-logistika, turizm və humanitar sahələrdə ciddi nailiyyətlər əldə edilməkdədir.

Ötən il iyulun 3-də Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” imzalandı. Bəyannamədə xüsusi olaraq qeyd edildi ki, 1992-ci il aprelin 2-də diplomatik münasibətlərin qurulduğu andan sonra ikitərəfli əməkdaşlığımız bir çox səmərəli nəticə verib. Bununla yanaşı, tərəflər əməkdaşlığı gələcəkdə də genişləndirməyə, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti möhkəmləndirməyə, iki ölkənin ümumi maraqlarını birlikdə müdafiə etməyə, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətinin birgə təşviq olunmasına razılaşdılar. Prezident İlham Əliyev imzalanmış sənədin əhəmiyyəti barədə fikirlərini bir neçə gün öncə Çinin “Sinxua” agentliyinə müsahibəsində belə qiymətləndirib: “Hesab edirəm ki, bizim Astanadakı görüşümüz və onun yekunlarına dair qəbul edilən birgə bəyannamə tarixi hadisədir və Azərbaycan–Çin münasibətlərində yeni səhifə açır. ÇXR-in Sədri Si Cinpin ilə ikitərəfli görüş əsnasında çıxışımda qeyd etdim ki, qəbul olunan bəyannamə ÇXR və Azərbaycanı rəsmi strateji tərəfdaşlara çevirir və bu, böyük nailiyyət, böyük məsuliyyətdir...”

Cənab İlham Əliyevin ÇXR-ə 2025-ci il aprelin 22-24-də etdiyi dövlət səfəri çərçivəsində aprelin 23-də imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın isə iki ölkənin əlaqələrinin daha üstün səviyyəyə qalxmasına xidmət edəcəyi şübhəsizdir.

***

Bəyanatda əksini tapan digər məqamlarla yanaşı, Çinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik etməsi, onun nəticələrini iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal fəaliyyətə mühüm töhfə verəcək tarixi nailiyyət və dönüş nöqtəsi kimi qiymətləndirməsi diqqəti cəlb edir. Belə bir bəndin sənəddə öz əksini tapması dünyada gedən proseslərdə mühüm rola malik olan bir dövlətin Azərbaycanın iqlim dəyişikliyi ilə qlobal mübarizə səylərinə verdiyi dəyərin ifadəsi kimi qəbul olunmalıdır. Eyni ­zamanda, qeyd etmək lazımdır ki, ÇXR Sədri Si Cinpin Prezident İlham Əliyev ilə geniş tərkibdə görüşündə də bu məsələyə toxundu. Si Cinpin COP29-un Azərbaycanda uğurla keçirilməsi və Qlobal Cənubun maraqlarının təmsil olunması baxımından Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirdi.

Bundan əlavə, sənəddə tərəflərin bütün ölkələri qlobal iqlim idarəçiliyi prosesini dəstəkləməyə, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına və Paris sazişinə uyğun olaraq öhdəlik və məsuliyyətləri tam və vicdanla yerinə yetirməyə çağırmaları Bakı və Pekinin qlobal iqlim dəyişikliyi ilə mübarizə məsələsində öz məsuliyyətlərini dərk etməklə yanaşı, digər dövlətləri də buna təşviq etmələrinin göstəricisi sayıla bilər. Həmçinin bəyanatda özünə yer tapan “Tərəflər inkişaf etmiş ölkələri öz tarixi öhdəliklərinə ləyaqətlə yanaşmağa, inkişaf etməkdə olan ölkələrə maliyyə, texnoloji və intellektual dəstək verməyə, inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinə qarşı mübarizə imkanlarının gücləndirməsində kömək etməyə çağırırlar” sözləri Azərbaycan və Çinin bu məsələdə də ortaq dəyərləri bölüşdüklərini nümayiş etdirir.

Gələn il Bakıda 13-cü Ümumdünya Şəhərsalma Forumunun keçirilməsini nəzərə alaraq, Çin tərəfinin Azərbaycana dəstəyini ifadə etməsi, sıx və səmərəli əməkdaşlığa hazır olduğunu təsdiqləməsi də diqqətəlayiq nüansdır.

***

Çinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsində (AQEM) Azərbaycanın sədrliyini dəstəkləməsi və ölkəmizin bu təşkilatın inkişafına yönəlmiş “Daha güclü AQEM: Asiyada qarşılıqlı əlaqə, rəqəmsallaşma və davamlı inkişaf” istiqamətində silsilə tədbirlərin keçirilməsi üzrə səylərini yüksək qiymətləndirməsi də Pekinin Bakıya real dəstəyinin ifadəsi sayıla bilər. Onu da qeyd etmək lazımdır ki, AQEM-in zirvə görüşlərinin yekun bəyannamələrində, eləcə də nazirlər iclaslarının sənədlərində, davamlı olaraq separatizmin dövlətlərin sabitliyi, suverenliyi və ərazi bütövlüyünə təhdid kimi pislənilməsi və üzv dövlətlər arasındakı münasibətlərin bir-birinin ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət prinsipləri əsasında qurulmalı olduğunun qeyd edilməsi Çin və Azərbaycanın yürütdüyü xarici siyasətin üst-üstə düşən məqamlarıdır. Yeri gəlmişkən, qeyd edək ki, AQEM Nazirlər Şurasının 2024-cü il 19 mart tarixli qərarı ilə 2024–2026-cı illər üzrə müşavirəyə sədrlik ölkəmizə keçib. AQEM-ə sədrlik çərçivəsində, AQEM-in Biznes Şurasına və Gənclər Şurasına sədrliyin də həmin dövr üçün Azərbaycan tərəfindən həyata keçirilməsi nəzərdə tutulub.

Ölkələrimizi birləşdirən ortaq dəyərdən biri də Azərbaycan və Çinin müasir dünya nizamı və dünyada gedən proseslərə ortaq mövqedən baxmasıdır. Beynəlxalq münasibətlərin BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə əsaslanan əsas normalarının qorunmasına səy göstərilməsi, hegemonluğa və güc siyasətinə qarşı çıxılması, hər iki ölkənin ümumbəşəri dəyərlərin – sülh, inkişaf, bərabərlik, ədalət, demokratiya və azadlığın təşviqinin lehinə çıxış etməsi, yeni növ beynəlxalq münasibətlərin və bəşəriyyətin vahid taleyi birliyinin yaradılmasına səy göstərmələri isə təkcə Bakı və Pekinin deyil, bu dəyərləri bölüşən bütün dünya xalqlarının mövqeyini əks etdirir.

Birgə bəyanatda əksini tapan amillərdən çıxış edərək qeyd edə bilərik ki, Azərbaycan–Çin münasibətləri bundan sonra daha da inkişaf edəcək, hər iki dövlətin və xalqın, eləcə də bütövlükdə, planetin maraqlarının təmin olunması baxımından yeni impuls qazanacaq.

Fərhad MƏMMƏDOV, 
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru, politoloq

– Aprelin 23-də imzalanmış hər­tərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında birgə bəyanat siyasi dialoqdan tutmuş iqtisadi əməkdaşlığın dərinləşdirilməsinə, nəqliyyat və logistika dəhlizlərinin dəstəklənməsinə və dünya nizamına ümumi yanaşmaya qədər geniş spektri əhatə edir. 2024-cü ildə isə iki ölkə arasında strateji tərəfdaşlığın qurulması haqqında birgə bəyannamə imzalanmışdı. Ötən ildən etibarən rəsmi strukturlardan və özəl sektordan çoxsaylı nümayəndə heyətləri Bakı və Pekinə səfər ediblər. Bu günə qədər imzalanmış sənədlər bərpa olunan enerjiyə investisiyalar və texnologiyalar sahəsini əhatə edir.

Təbii ki, Azərbaycana investisiyalar və birgə istehsal imkanları, texnologiyalar və nəqliyyat marşrutları ilə daşınan yüklərin həcminin artırılması lazımdır. Bütün bu məsələlərdə Çinlə danışıqlar aparmaq çox çətindir, çünki onların ixraca və minimum idxala əsaslanan öz məntiqi var. Lakin dünya ticarətində mövcud vəziyyət və ABŞ-la qarşıdurma Çinin ənənəvi yanaşmalarına təsir edə bilər. Çünki Çin sərhədindən Avropa İttifaqı məkanına gedən marşrutlarda Pekinlə yaxşı münasibətlərə malik ölkələr yerləşir: Mərkəzi Asiya ölkələri, İran, Azərbaycan, Gürcüstan.

Prezident İlham Əliyevin Çinə dövlət səfəri də Vaşinqton və Pekin arasında “tarif müharibəsi”nin qızışdığı vaxta təsadüf etdi. ABŞ və Çin arasında qarşıdurma getdikcə güclənir və dayanma əlaməti yoxdur. Bu vəziyyət fonunda dövlətimizin başçısı Çinə səfər etdi və həftənin sonunda İran Prezidentinin Azərbaycana səfəri gözlənilir. Azərbaycan “tarif müharibə”sinin kənarındadır, heç bir münaqişə iştirakçısı deyil və şəxsi infrastruktur sahibidir. Bununla yanaşı, Azərbaycan Asiya istiqamətində fəaldır. Münasibətlərimizin dərinləşdiyi Mərkəzi Asiya ölkələri, Pakistan və müəyyən dərəcədə ərəb ölkələri Çinin strateji tərəfdaşlarıdır.

Şanxay Əməkdaşlıq Təşkilatı Çin üçün Asiyada təhlükəsizlik məsələlərini müzakirə etmək üçün mühüm platformadır. Azərbaycan isə ŞƏT-də iştirak səviyyəsini artırır. Bununla yanaşı, rəsmi Bakı Azərbaycanın Rusiya–Çin və İran–Çin formatında münasibətlərin kölgəsinə düşməsinə imkan vermir. Azərbaycan müstəqil dövlətdir və ölkəmizin Çinlə münasibətləri üçüncü dövlətlərin Pekinlə münasibətləri ilə şərtlənməməlidir. Qlobal səviyyədə proseslərin necə inkişaf etməsindən asılı olmayaraq, Çin güc mərkəzlərindən biri olaraq qalacaq və Pekinlə yüksək səviyyədə münasibətlərin olması zəruri və vacibdir.

Səxavət HƏMİD 
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Aprel 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see304

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see285

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see281

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see243

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see235

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see223

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see222

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see212

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see210

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see208

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see202

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see202

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see195

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see192

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see187

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see187

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see185

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see184

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see173

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri