Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ölkələrimiz arasında əməkdaşlıq bütün sahələrdə güclənir Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub.
Ötən müddət ərzində bu əlaqələr sabit və qarşılıqlı etimada əsaslanan şəkildə inkişaf edir.
Təqdirəlayiq haldır ki, iki ölkə arasında indiyədək heç bir siyasi və ya diplomatik gərginlik qeydə alınmayıb.
Tərəflər daim bir-birinin daxili işlərinə qarışmamaq, eləcə də ərazi bütövlüklərini dəstəkləmək prinsipinə sadiq qalaraq, əməkdaşlıq münasibətlərini qarşılıqlı maraqlar əsasında davam etdirirlər.
İki ölkə arasında ticarət dövriyyəsi də ilbəil artır. Çin Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından birinə çevrilib.
Uzaq Şərq ölkəsinin şirkətləri Azərbaycanda enerji, tikinti və texnologiya sahələrində mühüm layihələrdə iştirak edirlər.
Azərbaycan isə Çinə xam neft və neft məhsulları ixrac edərək ölkənin enerji təchizatında vacib rol oynayır.