Icma.az
close
up
RU
Bakı Pekin əlaqələri hərtərəfli strateji tərəfdaşlıq mərhələsində

Bakı Pekin əlaqələri hərtərəfli strateji tərəfdaşlıq mərhələsində

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ölkələrimiz arasında əməkdaşlıq bütün sahələrdə güclənir

Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Ötən müddət ərzində bu əlaqələr sabit və qarşılıqlı etimada əsaslanan şəkildə inkişaf edir. Təqdirəlayiq haldır ki, iki ölkə arasında indiyədək heç bir siyasi və ya diplomatik gərginlik qeydə alınmayıb. Tərəflər daim bir-birinin daxili işlərinə qarışmamaq, eləcə də ərazi bütövlüklərini dəstəkləmək prinsipinə sadiq qalaraq, əməkdaşlıq münasibətlərini qarşılıqlı maraqlar əsasında davam etdirirlər.

İki ölkə arasında ticarət dövriyyəsi də ilbəil artır. Çin Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından birinə çevrilib. Uzaq Şərq ölkəsinin şirkətləri Azərbaycanda enerji, tikinti və texnologiya sahələrində mühüm layihələrdə iştirak edirlər. Azərbaycan isə Çinə xam neft və neft məhsulları ixrac edərək ölkənin enerji təchizatında vacib rol oynayır. Bakı və Pekin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində nəqliyyat və logistika sahəsində də son illərdə əməkdaşlığı gücləndirirlər. Mədəniyyət və təhsil sahəsində də əməkdaşlıq genişlənir, tələbə mübadiləsi və birgə tədbirlər təşkil olunur. Bütövlükdə, Çin–Azərbaycan münasibətləri qarşılıqlı hörmət, suverenliyə dəstək və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanır.

Prezident İlham Əliyev iyulun 19-da III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü zamanı ölkələrimiz arasında əməkdaşlıq səviyyəsini yüksək qiymətləndirdi. Bildirdi ki, son dövrlərdə Çin Xalq Respublikasının Sədri Si Cinpinlə dəfələrlə görüşmək imkanı olub: “Bu il dövlət səfərim zamanı və ötən il beynəlxalq sammit çərçivəsində görüşlərimiz baş tutub, həmçinin iki mühüm sənədi qəbul etdik və imzaladıq. Ötən il bu sənəd “Strateji tərəfdaşlıq haqqında Bəyanat”, bu il isə “Hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” olmuşdur. Bu sənədlər dövlətlərarası münasibətlərin ən yüksək formalarını əks etdirir. Çin Xalq Respublikası ilə bu səviyyədə qarşılıqlı etimada əsaslanan münasibətlər qurmağımız bizi çox sevindirir”.

Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycanla Çin hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Azərbaycan açıq şəkildə bildirir ki, Çin Xalq Respublikasının Tayvan və digər məsələlər ilə bağlı mövqeyini dəstəkləyir. Bizim mövqeyimiz olan “vahid Çin” siyasəti Çin rəhbərliyinə və xalqına yaxşı məlumdur.

Bəli, iki ölkə arasında indiyədək bir sıra yüksək səviyyəli səfərlər həyata keçirilib. Bu səfərlər zamanı müxtəlif sənədlər imzalanıb. Lakin Prezident İlham Əliyevin 2025-ci il aprelin 22-24-də Pekinə etdiyi dövlət səfəri əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə qaldrılması ilə tarixə öz möhürünü vurdu. Səfər zamanı imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” iki ölkə münasibətlərində dönüş nöqtəsi hesab olunur. Bu sənəd təkcə diplomatik sənəd deyil, tərəflərin uzunmüddətli qarşılıqlı etimad və strateji maraqlara əsaslanan əməkdaşlığa sadiqliyinin rəsmi təsdiqidir. Əgər 2024-cü il iyulun 3-də Astanada Prezident İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” ilə münasibətlərin səviyyəsi dostluq və əməkdaşlıqdan strateji tərəfdaşlıq səviyyəsinə qaldırılmışdısa, bu ilin aprelindəki Birgə Bəyanatla hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldildi. Bu, Azərbaycanın Çinlə münasibətlərə xüsusi önəm verdiyini, Bakının da Pekin üçün bölgədə mühüm tərəfdaş olduğunu nümayiş etdirdi.

Sənəddə tərəflərin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə dəstəyi açıq şəkildə ifadə olunub. Bu, məqam hər iki ölkə üçün önəmlidir. Bəyanatda həmçinin “Bir kəmər, bir yol” təşəbbüsünün Azərbaycanla daha sıx ələqələndirilmiş şəkildə həyata keçirilməsi vurğulanıb. Bu isə ölkəmizin geostrateji əhəmiyyətini və tranzit imkanlarını artırır. Enerji, nəqliyyat, logistika, yüksək texnologiyalar, kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi də sənəddə xüsusi yer tutur. Bundan əlavə, humanitar və mədəniyyət sahəsində əlaqələrin dərinləşdirilməsi də strateji tərəfdaşlığın ayrılmaz tərkib hissəsi kimi qeyd olunur. Təhsil və elmi mübadilələrin genişlənməsi də iki ölkə arasında uzunmüddətli münasibətlərin möhkəmləndirilməsinə xidmət edir. Bu sənəd göstərir ki, Azərbaycan öz xarici siyasətində balansı qorumaqla həm Qərb, həm də Şərq ölkələri ilə dayanıqlı münasibətlər qurur. Çin üçün də Azərbaycan bölgədə sabitlik, təhlükəsizlik və əməkdaşlıq baxımından etibarlı tərəfdaş kimi qəbul edilir. Bütövlükdə, bu bəyanat iki ölkənin münasibətlərini daha da dərinləşdirəcək, onları təkcə ikitərəfli deyil, həm də regional və qlobal səviyyədə koordinasiyalı şəkildə hərəkət etməyə sövq edəcək.

Onu da bildirək ki, səfər zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” imzalanıb. Bununla da iki ölkə arasında viza rejimi tam ləğv olunub. Belə bir sənədin imzalanması ikitərəfli münasibətlərin daha da dərinləşməsinin göstəricisidir. Sözsüz ki, bu addım iki ölkə vətəndaşlarının sərbəst hərəkətini asanlaşdırmaqla qarşılıqlı turizm, biznes və təhsil əlaqələrinin inkişafına təkan verəcək. Saziş, həmçinin vətəndaşlar arasında təmasların artmasına və mədəniyyətlərarası dialoqun güclənməsinə şərait yaradacaq. Bu qərar qarşılıqlı etimadın, hüquqi əməkdaşlığın, eləcə də təhlükəsizlik sahəsində koordinasiyanın yüksək səviyyəsini nümayiş etdirir. Nəticə etibarilə, saziş iki ölkə arasında strateji tərəfdaşlığın praktik müstəviyə keçidini simvolizə edir.

***

Mövzu ilə bağlı fikirlərini XQ ilə bölüşən politoloq İlyas Hüseynov bildirdi ki, Azərbaycanla Çin arasındakı münasibətlər strateji xarakter daşıyır və hər iki ölkənin milli maraqlarına söykənir. Onun sözlərinə görə, Çinin dünya siyasətində və iqtisadiyyatında artan gücü, nüfuzu hər kəsə bəllidir: “Bu gün Çinin “yumşaq güc”ü də diqqət çəkir. Biz görürük ki, dünyanın müxtəlif bölgələrində Çin dilinin öyrənilməsinə, mənimsənilməsinə də böyük önəm verilir. Bu xüsusda Azərbaycanla Çin arasındakı münasibətlər diqqəti cəlb edir. Ölkəmiz uzun illərdir ki, Çinin “Vahid Çin” siyasətini dəstəkləyir. Eyni zamanda, “Bir kəmər, bir yol” layihəsinə və strateji konsepsiyasına maraq göstərir. Çünki bu layihənin icra olunduğu ərazi həm də bizim bölgəni əhatə edir. Beləliklə, Çin–Mərkəzi Asiya–Xəzər–Cənubi Qafqaz–Türkiyə–Avropa marşrutu üzrə beynəlxalq yüklərin daşınması bu meqalayihə ilə həyata keçiriləcək. Bu baxımdan Azərbaycan həm də bölgədə müvafiq nəqliyyat-logistika və infrastruktur-kommunikasiya fəaliyyətini genişləndirir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin, Ələt azad iqtisadi zonasının yaradılması, eləcə də ölkənin avtomobil, dəmiryolu sisteminin və digər infrastrukturunun genişlənməsi ilə bərabər həm də işğaldan azad edilmiş ərazilərdə üç beynəlxalq hava limanının inşa edilməsi məhz bu uzaqgörən siyasətin, perspektiv planların tərkib hissəsidir”.

Politoloq hesab edir ki, digər tərəfdən Çinlə Azərbaycan arasındakı münasibətlərdə yüksək inkişaf mərhələsinin başladığı Prezident İlham Əliyevin Çinə sonuncu dövlət səfəri zamanı müşahidə olundu: “İmzalanan çoxsaylı sənədlər siyasi, iqtisadi, nəqliyyat, logistika, humanitar, mədəniyyət və digər sahələr üzrə əməkdaşlığı yeni keyfiyyət müstəvisinə qaldırdı. Səfər zamanı imzalanmış sazişlə Çinlə Azərbaycan arasında viza rejimi ləğv edilib. Bunun nəticəsində biz bir müddət sonra turistik səfərlərin sayının artacağını müşahidə edəcəyik. Beləliklə, dövlətlər və xalqlar daha yaxın təmasda olacaqlar. Eləcə də biz turizmin gələcəkdə siaysi və iqtisadi kapitallaşmaya gətirib çıxaracağının şahidi olacağıq”.

Politoloq onu da bildirdi ki, digər tərəfdən Çin ötən ilin noyabrında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) da böyük nümayəndə heyəti ilə iştirak etmişdi: “Çinin olduqca rəngarəng, maraqlı pavilyonu var idi. Önəmli müzakirələr aparılırdı. Çin pavilyonunda keçirilən bir neçə müzakirədə mən də iştirak etdim və gördüm ki, Çinin yaşıl enerji sahəsində böyük planları, ambisiyalı layihələri var. Azərbaycan Çinlə yaşıl enerji sahəsində də əməkdaşlıq etməkdədir. Hesab edirəm ki, bu əməkdaşlıq gələcəkdə Qarabağın və Şərqi Zəngəzurun həm minalardan təmizlənməsinə, həm inkişafına, həm də azad edilmiş ərazilərə Çin sərmayəsinin yatırılmasına gətirib çıxaracaq. Yəni bizim əməkdaşlığımızın gündəliyi çox genişdir və hesab edirəm ki, hələ kəşf edilməmiş bir sıra sahələr də mövcuddur. Bu da gələcəkdə potensialın tam həcmdə işlənilməsinə gətirib çıxaran layihələrin icrası ilə müşayiət olunacaq”.

Səxavət HƏMİD
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 İyul 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri