Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq. Yaxud qlobal hegemonluğa qarşı qlobal fayda nümunəsi Qətiyyətlə deyə bilərik ki, Preziden
Birgə Bəyanat, həmçinin, Bakı–Pekin münasibətlərinin ardıcılıq göstəricisi kimi müstəsna önəm daşımaqdadır.
Əlbəttə, Azərbaycan–Çin əməkdaşlığının prioritetlərini, eləcə də dövlətimizin başçısının dünyanın ən böyük iqtisadiyyatlarından birinə sahib ölkəyə dövlət səfərinin əhəmiyyətini vurğulayan digər çoxsaylı məqamlar var.
Əvvəla, səfər bilavasitə Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə gerçəkləşib.
Deməli, dövlət rəhbərləri səviyyəsində yüksək inam və etimad mühiti mövcuddur.
Bu amil isə 1992-ci ildən əsası qoyulmuş qarşılıqlı münasibətləri həm möhkəmləndirir, həm əlaqələri yeni şərtlərə uyğun formalaşdırmaq əzmini gücləndirir, həm də gələcək üçün etibarlı baza yaratmaq potensialını artırır.
Nəticə etibarilə bir dolğun qənaət də formalaşır ki, dünyanın qlobal gücü olan Çin Azərbaycana müstəsna dəyər verir.
Şübhəsiz ki, bu dəyər dövlətimizin başçısının liderlik keyfiyyətlərindən qaynaqlanır.