Icma.az
close
up
RU
Bakı Pekin: etimadın qarşılıqlı əməkdaşlıq təntənəsi

Bakı Pekin: etimadın qarşılıqlı əməkdaşlıq təntənəsi

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Yaxud qlobal hegemonluğa qarşı qlobal fayda nümunəsi

Qətiyyətlə deyə bilərik ki, Prezident İlham Əliyevin Çinə dövlət səfəri zamanı aprelin 23-də “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın imzalanması ötən il iyulun 3-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində qəbul olunmuş “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin ruhunun daha dolğun ifadəsidir. Birgə Bəyanat, həmçinin, Bakı–Pekin münasibətlərinin ardıcılıq göstəricisi kimi müstəsna önəm daşımaqdadır. 

Əlbəttə, Azərbaycan–Çin əməkdaşlığının prioritetlərini, eləcə də dövlətimizin başçısının dünyanın ən böyük iqtisadiyyatlarından birinə sahib ölkəyə dövlət səfərinin əhəmiyyətini vurğulayan digər çoxsaylı məqamlar var. Əvvəla, səfər bilavasitə Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə gerçəkləşib. Deməli, dövlət rəhbərləri səviyyəsində yüksək inam və etimad mühiti mövcuddur. Bu amil isə 1992-ci ildən əsası qoyulmuş qarşılıqlı münasibətləri həm möhkəmləndirir, həm əlaqələri yeni şərtlərə uyğun formalaşdırmaq əzmini gücləndirir, həm də gələcək üçün etibarlı baza yaratmaq potensialını artırır. Nəticə etibarilə bir dolğun qənaət də formalaşır ki, dünyanın qlobal gücü olan Çin Azərbaycana müstəsna dəyər verir. Şübhəsiz ki, bu dəyər dövlətimizin başçısının liderlik keyfiyyətlərindən qaynaqlanır. 

Nəzərə alaq ki, XXI əsrin Çini münasibətlərin etibarlılıq simvoludur. Mövcud xarakter ölkənin bütün sahələrə yanaşmasının başlıca paradiqmasıdır və daim özünün təzahür formalarını qoruyacaq keyfiyyət zənginliyinin rəhnidir. Bu xarakter, eyni zamanda, Çinin ətrafa yanaşmasının da başlıca meyarı, ölçü vahididir. Yəni, ölkə partnyorlarını da özünün daşıdığı etibarlı xarakterə uyğun müəyyənləşdirir. 

Prezident İlham Əliyevin beynəlxalq arenadakı fəaliyyətinin nəticəsində Azərbaycana da dünyada böyük inam və etibar var. Ölkəmiz özünün etibarlı partnyor obrazı ilə beynəlxalq aləmin daimi diqqətindədir. Bu statusun qazanılmasında prinsipiallıq, ardıcıllıq və qətiyyət hadisə və proseslərə real prizmadan yanaşmanı, praqmatizmi və rasionallığı rəhbər tutur. Sadaladığımız xüsusiyyətlər isə münasibətlərin qarşılıqlı fayda trayektoriyasını cızmaqla, səmərəliliyin təminatı baxımından dayanıqlı immunitet yaradır. Sözümüz ondadır ki, bütün bunlar Çinin digər dövlətlərə yanaşmasındakı mühüm cəhətlərdir. Ona görə də Azərbaycan Prezidenti ölkədə ən yüksək səviyyəli şəxs kimi qarşılanır. Yəni, cənab İlham Əliyevin bu ölkəyə səfərini əks etdirən qürur və fəxarət görüntüləri heç də rəsmi Pekinin ümumi dövlət səviyyəsi baxımından dəyərləndiriləcək səhnələr deyil. Bu, birbaşa Azərbaycan liderinə verilən müstəsna dəyər və hörmətdir.

Bəli, bu gün ölkəmizin Çinlə münasibətləri, eləcə də qarşılıqlı əməkdaşlıq xəttinin yüksək dinamikası və geniş diapazonu Azərbaycan dövlətinin Prezident İlham Əliyevin şəxsində reallaşdırdığı xarici siyasət kursunun təntənəsini ən dolğun boyalarla göstərməkdədir. Nəzərə alaq ki, Pekinlə strateji tərəfdaşlıq dünyanın bir çox ölkələri üçün yalnız yuxudur. Əlbəttə, onu da nəzərə almalıyıq ki, bu günün Azərbaycanı yuxuların gerçəyə çevrildiyi məmləkətdir. 

Azərbaycan–Çin gündəminin hədsiz zənginliyindəki başlıca göstəricilərdən biri də əməkdaşlıq xəttinin real işlək platformalarının mövcudluğudur. Bu baxımdan ticarət, investisiyalar, yaşıl enerji və rəqəmsal iqtisadiyyat sahələrində qarşılıqlı fəaliyyəti, eləcə də ticari-iqtisadi sahədə, elmi-tədqiqat müstəvisində ikitərəfli əməkdaşlığın yüksək keyfiyyətli inkişafına töhfə vermək məqsədli tədbirləri, o cümlədən investisiya əməkdaşlığı üzrə işçi qrupun yaradılmasını, bərpa olunan enerji, nəqliyyat-logistika, sənayenin rəqəmsal transformasiyası, neft-kimya, metallurgiya, tekstil sənayesi, əczaçılıq, maşınqayırma avadanlığı kimi sahələrdə işbirliyini vurğulaya bilərik.

İstər “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın, istərsə də “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin mətnində yer alan məsələlər tərəflərin bir-birinin seçdiyi inkişaf yolunu, təməl maraqlarını, suverenliklərini, təhlükəsizliklərini və ərazi bütövlüklərini qətiyyətlə dəstəklədiklərini göstərir. Habelə Azərbaycanla Çin arasında Beynəlxalq Multimodal Daşımalar haqqında Saziş, Çin–Avropa–Çin Transxəzər ekspress-marşrutlarının yaradılması, Çinin 2026-cı ildə Bakıda 13-cü Ümumdünya Şəhərsalma Forumuna dəstək ifadəsi, ölkənin Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsində (AQEM) sədrliyini bəyənməsi gələcək üçün nikbinliyimizi möhkəmləndirir. 

Amma hesab edirik ki, əməkdaşlıq parametrlərinin genişliyinin yaratdığı etimad mühitinin meydana çıxardığı ən mühüm iqtisadi və siyasi dividend Azərbaycanın və Çinin Orta Dəhliz ideyasına sadiqliyidir. Əlbəttə, Çin dünya iqtisadiyyatının hegemonu olaraq Şərqdən Qərbə daşımalarının səmərəli düzənində çox maraqlıdır. Ölkəmiz isə mövcud müstəvidə yalnız tranzit ölkə statusu ilə kifayətlənmir. Bu baxımdan Prezident İlham Əliyevin 2025-ci il yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində bildirdikləri çox önəmlidir. “Çünki Azərbaycanın Orta Dəhlizlə bağlı mövqeyi, sadəcə, tranzit ölkəsi olmaq və tranzitdən ödənişlər almaqdan ibarət deyil. Bizim hədəfimiz özəl sektora bundan faydalanmağa kömək etmək üçün dəhlizin keçdiyi Azərbaycan ərazisində müəssisələr yaratmaqdır”, – deyən dövlətimizin başçısı əlavə edib ki, Azərbaycan Çinin böyük önəm verdiyi Orta Dəhlizin öz seqmentinin infrastrukturunu təkmilləşdirir. Doğrudur, ölkəmizin lideri müsahibəsində təkmilləşdirilmiş infrastrukturun gələcək 3–5 il üçün kifayət etməyəcəyini vurğulayıb və bildirib: “Biz Mərkəzi Asiyada bağlantı layihələrinin də əsasən Çin hökuməti tərəfindən maliyyələşdirildiyini bilirik. Xəzər dənizinə digər bir marşrut Azərbaycana gedən digər marşrutdur və biz buna mütləq hazır olmalıyıq. Əminəm ki, Sədr Si Cinpinin “Bir kəmər, bir yol” təşəbbüsü bütün ölkələr üçün əlavə imkanlar yaradacaq. Bir daha söhbət bağlantıdan, biznes imkanından, sabitlik və təhlükəsizlikdən gedir. Çünki biz hamımız bir-birimizdən asılı oluruq. Bizi birləşdirən vacib infrastruktur layihələri var. Bu, ölkələr arasında həm ikitərəfli, həm də çoxtərəfli əlaqələr istiqamətində bir sıra məsələlərin həlli üçün yaxşı bir mühitdir”.

Əlbəttə, Bakı–Pekin münasibətlərinin hazırkı dinamik fazasını vurğulayan məqamları, eləcə də konkret fəaliyyət istiqamətlərini sadalamaqla bitməz. 

Ən başlıca məqam isə budur ki, Azərbaycan və Çin müasir dünya nizamı və beynəlxalq aləmdə gedən proseslərə ortaq mövqedən yanaşır, BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə əsaslanan başlıca normalarının qorunması baxımından müştərək mövqeyə malikdirlər. Hər iki dövlət hegemonluğa və güc siyasətinə qarşı çıxır. Onlar ümumbəşəri dəyərlərin – sülh, inkişaf, bərabərlik, ədalət, demokratiya və azadlığın təşviqində də mühüm mövqeyə malikdirlər.

Ə.RÜSTƏMOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:304
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Aprel 2025 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri