GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xəbər verdiyimiz kimi ATƏT Xarici İşlər Nazirləri Şurasının Maltada keçirilən 31-ci iclasında Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş baş tutmadı.
ABŞ dövlət katibi Entoni Blinken nazirlərin görüşünün keçirilməsinə çalışsa da bu, alınmayıb.
Azərbaycan tərəfi bunu “ümumilikdə Bayden administrasiyası Azərbaycanla bağlı ədalətsiz, qərəzli siyasət yürüdür” kimi təqdim edib.
Həmçinin ABŞ-ın Azərbaycanla Ermənistan arasında sülh prosesində iştirak etmədiyi üçün, Blinken bu təşəbbüsü ilə ABŞ-ı yenidən sülh prosesinə daxil etmək niyyəti güddüyünə görə Azərbaycan tərəfi Blinkenin görüşün keçirilməsi təklifindən qəti imtina edib.
Belə çıxır, rəsmi Bakı Vaşinqtona sülh prosesində iştirak üçün mandat vermək istəmir.
Bu, bütövlükdə Azərbaycanın Qərb masasından imtinası kimi başa düşülür? Moskvanın sülh prosesində iştirak necə, baş tuta bilərmi?
Əslində Azərbaycan tərəfin mövqeyi vasitəçələrsiz sülh danışıqlarıdır. Prosesi necə dəyərləndirirsiniz?