Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq. Bir neçə gün əvvəl aramsız intensiv yağışlar nəticəsində paytaxt küçələrinin subasmaya mə
Bu işlər çərçivəsində görülməsi vacib olan ən başlıca məsələlərdən biri mərkəzi kanalizasiya sisteminin yenilənməsidir.
Bəs görəsən intensiv yağışlardan sonra bu istiqamətdə hansı işlər aparılıb?
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu deyib ki, hazırda qış aylarında su təchizatı sistemində yarana biləcək problemlərin aradan qaldırılması istiqamətində fəaliyyət davam etdirilir.
Onun sözlərinə görə, əsasən kanalizasiya kollektorlarının yuyulması, baxış quyuları və yağış barmaqlıqlarının təmizlənməsi işləri həyata keçirilir: “Buna səbəb odur ki, xətlər intensiv yağışlar zamanı həm yağış sularını, həm də tullantı sularını maneəsiz şəkildə daşıya bilməsidir.
Eyni zamanda kanalizasiya nasos stansiyaları təftiş olunur, orada mövcud olan digər mexaniki avadanlıqlar saz vəziyyətə gətirilir”.
Qurumun sözçüsü bildirib ki, bundan başqa qış aylarında ən çox problemlər sayğaclar və magistral paylayıcı şəbəkələrdə baş verən donvurma hallarıdır: “Belə ki, vətəndaşlar tərəfindən primitiv qaydada çəkilmiş su xətlərinin əksəriyyətində izolyasiya məsələləri nəzərə alınmayıb.
Tövsiyəmiz odur ki, həmin xəttlər ya izolyasiya olunmalı ya da torpaq altına keçirilməlidir”.