Icma.az
close
up
RU
Menu

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Azərbaycan benzini hansı ölkələrə satır?

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Bakı qışa hazırdırmı? AÇIQLAMA FOTO

Bakı qışa hazırdırmı? AÇIQLAMA FOTO

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Bir neçə gün əvvəl aramsız intensiv yağışlar nəticəsində paytaxt küçələrinin subasmaya məruz qalmasından sonra yol infrastrukturunda bir sıra işlərin görülməsi zərurəti yaranıb. Bu işlər çərçivəsində görülməsi vacib olan ən başlıca məsələlərdən biri mərkəzi kanalizasiya sisteminin yenilənməsidir. Bəs görəsən intensiv yağışlardan sonra bu istiqamətdə hansı işlər aparılıb?

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu deyib ki, hazırda qış aylarında su təchizatı sistemində yarana biləcək problemlərin aradan qaldırılması istiqamətində fəaliyyət davam etdirilir.

Onun sözlərinə görə, əsasən kanalizasiya kollektorlarının yuyulması, baxış quyuları və yağış barmaqlıqlarının təmizlənməsi işləri həyata keçirilir: “Buna səbəb odur ki, xətlər intensiv yağışlar zamanı həm yağış sularını, həm də tullantı sularını maneəsiz şəkildə daşıya bilməsidir. Eyni zamanda kanalizasiya nasos stansiyaları təftiş olunur, orada mövcud olan digər mexaniki avadanlıqlar saz vəziyyətə gətirilir”.

Qurumun sözçüsü bildirib ki, bundan başqa qış aylarında ən çox problemlər sayğaclar və magistral paylayıcı şəbəkələrdə baş verən donvurma hallarıdır: “Belə ki, vətəndaşlar tərəfindən primitiv qaydada çəkilmiş su xətlərinin əksəriyyətində izolyasiya məsələləri nəzərə alınmayıb. Tövsiyəmiz odur ki, həmin xəttlər ya izolyasiya olunmalı ya da torpaq altına keçirilməlidir”.

C.Musaoğlu söyləyib ki, fərdi yaşayış evlərində və fərdi həyətyanı sahələrdə eləcə də kommersiya obyektlərində quraşdırılmış sayğacların şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxmasının qarşısının alınması üçün zəruri və qabaqlayıcı tədbirlərin görülməsi vacibdir:

“Şaxtanın daha çox olduğu gecə saatlarında sayğac içərisində suyun qalmaması üçün sayğacın giriş vintili bağlanmalı, çıxış vintili açıq saxlanılmalı və sayğac qutusunun qapağı bağlı qalmalıdır. Don vurmadan mühafizə tədbirləri kimi sayğacların üzərində isti materiallarında örtük və sayğacın quru ağac yonqaları ilə əhatə olunması tövsiyə olunur”.

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı isə deyib ki, bu məsələ ilə əlaqədar görülməsi lazım olan çoxlu işlər var. Onun sözlərinə görə, xüsusən yol infrastrukturunun daha səmərəli və uzunmüddətli istifadəsi üçün yararlı vəziyyətə gətirilməsi vacib və önəmlidir:

“Biz təəssüflə qeyd edirik ki, hər il bu sahədə daha çox inkişafa nail olacağımızı gözlədiyim anda baxıb görürük ki, əksinə olaraq geri gedirik. Çünki yollar bir mərkəzdən idarə olunmur və ya tikilmir. Bu işlərlə bir neçə qurum məşğul olur. İcra hakimiyyətləri və ya bələdiyyə də yol tikir. Bəzən onların büdcəsi buna imkan vermir. Bu gün yol çəkilir, lakin sabah sırdan çıxır. Ona görə də məsələləri mərkəzləşdirilmiş qaydada həll etmək lazımdır”.

E.Muradlı əlavə edib ki, su-kanalizasiya sistemi ilə də bağlı ciddi işlər görülməlidir: “Yağış sularının idarə edilməsi ilə bağlı Cənab Prezident tərəfindən tapşırıq verilib, komissiya yaradılıb, ancaq çox təəssüf ki, bu komissiya bəzən tutarlı addımlar ata bilmir. Bəzən aidiyyəti qurumlar gözləyir ki, hər hansı bir yolla bağlı konkret istiqamət göstərsinlər. Lakin özlərinin bu məsələyə yanaşma tərzi fərqli olmalıdır. Bu gün formal yanaşmalar mövcuddur və ona görə də bu, sonradan bir sıra problemlərin yaranmasına səbəb olur. Bu ilin qışa hazır olub-olmamasını hesab edirəm ki, biz qışda görəcəyik. Hər il bununla bağlı müxtəlif proqnozlar verilir, paytaxtın qışa tam hazır olduğu deyilir, lakin görünən əksinə olur. Bu proses digər dünya ölkələrində də baş verir. Müşahidə etsək görərik ki, digər ölkələr də qış aylarında bizim kimi əziyət çəkir, amma elə ölkə var ki, onlarda qışa hazırlıq yaxşı səviyyədədir, çünki onlar profilaktik tədbirləri mütəmadi olaraq davam etdirirlər”.

Qeyd edək ki, paytaxtın qışa hazırlığı ilə bağlı hansı profilaktik tədbirlərin həyata keçirildiyini öyrənmək üçün Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat xidmətinin rəhbəri Metin Hüseynova dəfələrlə zəng etsək də, telefonlarımıza cavab vermədiyi üçün onunla əlaqə saxlamaq mümkün olmayıb.

(iqtisadiyyat.az)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 06 Noyabr 2024 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see366

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see358

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see354

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see325

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see251

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see238

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see233

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see231

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see227

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see222

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see218

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see209

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see207

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see201

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see196

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see194

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see190

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see164

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri