Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu dəyişiklik yalnız əsas yarışa deyil, bütün Formula 1 proqramına təsir edib. Belə ki, media günü çərşənbə, ilk iki sərbəst yürüş cümə axşamı, üçüncü sərbəst yürüş və sıralanma turu cümə günü keçiriləcək. Əsas Qran-Prinin startı isə şənbə günü veriləcək. Formula 1-in rəsmi cədvəlinə görə yarış Bakı vaxtı ilə 15:00-da başlayacaq və 51 dövrədən ibarət olacaq.
Formula 1-də şənbə yarışları nadir deyilQeyd edək ki, Formula 1 yarışlarının əsasən bazar günləri keçirilməsi müasir dövrdə ənənəyə çevrilsə də, şənbə günü Qran-Prilər də tarixdə olub.
İlk dünya çempionatı yarışlarından biri – 1950-ci il Britaniya Qran-Prisi – şənbə günü keçirilib. Daha yaxın tarixdə isə Las-Veqas Qran-Prisi 2023-cü ildə təqvimə qayıtdıqdan sonra şənbə günü təşkil olunur. 2024-cü ildə Bəhreyn və Səudiyyə Ərəbistanı Qran-Prilərinin də şənbə günü keçirilməsinin səbəbi Ramazan ayının başlanması ilə bağlı idi.
Bakı üçün ilk şənbə Qran-PrisiAzərbaycan Qran-Prisi isə indiyədək Formula 1 təqvimində həmişə bazar günü keçirilib. Bu baxımdan 2026-cı il yarışı Bakı üçün ilk şənbə Qran-Prisi olacaq.
Bakı Şəhər Halqası 2016-cı ildə Formula 1 təqviminə daxil olub. Həmin il yarış “Avropa Qran-Prisi” adı ilə keçirilib, 2017-ci ildən isə “Azərbaycan Qran-Prisi” adlandırılıb.
Bu il Bakı mərhələsi çempionatın sonlarına doğru keçirilən yarışlardan biridir. Motorsport-un yarışdan əvvəlki məlumatına görə, Kimi Antonelli çempionatın lideridir və Bakı mərhələsinə 292 xalla gəlir.
Beləliklə, Formula 1 azarkeşlərini Bakıda fərqli yarış həftəsonu gözləyir: 24 sentyabr cümə axşamı sərbəst yürüşlər, 25 sentyabr cümə günü sıralanma turu, 26 sentyabr şənbə günü isə əsas Qran-Pri keçiriləcək.
Lalə Mehralı