Icma.az
close
up
RU
Bakı Qran Prisi ilk dəfə şənbə günü keçiriləcək SƏBƏB

Bakı Qran Prisi ilk dəfə şənbə günü keçiriləcək SƏBƏB

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2026-cı il Azərbaycan Qran-Prisi Formula 1 təqvimində qeyri-adi tarixdə – şənbə günü, 26 sentyabrda keçiriləcək. Adətən bu mötəbər yarışın final günü bazar günlərinə salındığı üçün bu dəfə bir istisna edilib. Belə ki, ölkəmizdə 27 sentyabrın Azərbaycanda Anım Günü olması ilə əlaqədar olaraq yarışın bir gün önə çəkilməsi barədə razılığa gəlinib.

Bu dəyişiklik yalnız əsas yarışa deyil, bütün Formula 1 proqramına təsir edib. Belə ki, media günü çərşənbə, ilk iki sərbəst yürüş cümə axşamı, üçüncü sərbəst yürüş və sıralanma turu cümə günü keçiriləcək. Əsas Qran-Prinin startı isə şənbə günü veriləcək. Formula 1-in rəsmi cədvəlinə görə yarış Bakı vaxtı ilə 15:00-da başlayacaq və 51 dövrədən ibarət olacaq.

Formula 1-də şənbə yarışları nadir deyil

Qeyd edək ki, Formula 1 yarışlarının əsasən bazar günləri keçirilməsi müasir dövrdə ənənəyə çevrilsə də, şənbə günü Qran-Prilər də tarixdə olub.

İlk dünya çempionatı yarışlarından biri – 1950-ci il Britaniya Qran-Prisi – şənbə günü keçirilib. Daha yaxın tarixdə isə Las-Veqas Qran-Prisi 2023-cü ildə təqvimə qayıtdıqdan sonra şənbə günü təşkil olunur. 2024-cü ildə Bəhreyn və Səudiyyə Ərəbistanı Qran-Prilərinin də şənbə günü keçirilməsinin səbəbi Ramazan ayının başlanması ilə bağlı idi.

Bakı üçün ilk şənbə Qran-Prisi

Azərbaycan Qran-Prisi isə indiyədək Formula 1 təqvimində həmişə bazar günü keçirilib. Bu baxımdan 2026-cı il yarışı Bakı üçün ilk şənbə Qran-Prisi olacaq.

Bakı Şəhər Halqası 2016-cı ildə Formula 1 təqviminə daxil olub. Həmin il yarış “Avropa Qran-Prisi” adı ilə keçirilib, 2017-ci ildən isə “Azərbaycan Qran-Prisi” adlandırılıb.

Bu il Bakı mərhələsi çempionatın sonlarına doğru keçirilən yarışlardan biridir. Motorsport-un yarışdan əvvəlki məlumatına görə, Kimi Antonelli çempionatın lideridir və Bakı mərhələsinə 292 xalla gəlir.

Beləliklə, Formula 1 azarkeşlərini Bakıda fərqli yarış həftəsonu gözləyir: 24 sentyabr cümə axşamı sərbəst yürüşlər, 25 sentyabr cümə günü sıralanma turu, 26 sentyabr şənbə günü isə əsas Qran-Pri keçiriləcək.

Lalə Mehralı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Sentyabr 2026 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see696

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see537

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see486

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see355

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see338

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see289

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see275

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see269

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see256

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see233

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see229

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see228

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see228

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see215

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see215

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see209

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see192

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see188

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see186

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri