Bakı Quba, Bakı Qusar və digər avtobus marşrutları bu şirkətlərə verildi

03.11.2026

Icma.az, Marja.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Paytaxtın 567 nömrəli şəhərətrafı, eləcə də Bakı-Sınıq Körpü,  Bakı-Zaqatala, Bakı-Qusar, Bakı-Quba, Bakı-Xudat şəhərlərarası və İkinci Nügədi - Heydər Əliyev prospekti (Quba) avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.

Bu barədə Marja.az AYNA-ya istinadən xəbər  verir.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Belə ki;

Qobu qəsəbəsini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 567 nömrəli şəhərətrafı avtobus marşrutu üzrə hüquqi şəxs ”Xaliq Faiqoğlu” MMC;

Bakı–Sınıq Körpü marşrutları üzrə fiziki şəxslər Abbasov Eyvaz Abbas oğlu və Əmiraslanov Orxan Nadir oğlu;

Bakı–Zaqatala marşrutu üzrə fiziki şəxs Bilalov Bəxtiyar Bilal oğlu;

Bakı–Qusar və Bakı–Quba marşrutları üzrə hüquqi şəxs "ALIOSMAN AĞASOY" MMC;

Bakı–Xudat marşrutu üzrə hüquqi şəxs ”Logistics And Transport Services” MMC;

İkinci Nügədi–Heydər Əliyev prospekti (Quba) marşrutu üzrə hüquqi şəxs ”Uğurlu Yol” MMC qalib elan olunublar.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью