Bakı Quba, Bakı Qusar və digər avtobus marşrutları bu şirkətlərə verildi
Icma.az, Marja.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Paytaxtın 567 nömrəli şəhərətrafı, eləcə də Bakı-Sınıq Körpü, Bakı-Zaqatala, Bakı-Qusar, Bakı-Quba, Bakı-Xudat şəhərlərarası və İkinci Nügədi - Heydər Əliyev prospekti (Quba) avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.
Bu barədə Marja.az AYNA-ya istinadən xəbər verir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Belə ki;
Qobu qəsəbəsini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 567 nömrəli şəhərətrafı avtobus marşrutu üzrə hüquqi şəxs ”Xaliq Faiqoğlu” MMC;
Bakı–Sınıq Körpü marşrutları üzrə fiziki şəxslər Abbasov Eyvaz Abbas oğlu və Əmiraslanov Orxan Nadir oğlu;
Bakı–Zaqatala marşrutu üzrə fiziki şəxs Bilalov Bəxtiyar Bilal oğlu;
Bakı–Qusar və Bakı–Quba marşrutları üzrə hüquqi şəxs "ALIOSMAN AĞASOY" MMC;
Bakı–Xudat marşrutu üzrə hüquqi şəxs ”Logistics And Transport Services” MMC;
İkinci Nügədi–Heydər Əliyev prospekti (Quba) marşrutu üzrə hüquqi şəxs ”Uğurlu Yol” MMC qalib elan olunublar.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 03 Noyabr 2026 13:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















