Icma.az, Sfera.az saytına istinadən bildirir. İqlim dəyişikliyi qlobal hidroloji dövranın əsas parametrlərini dəyişərək dünyada su ilə bağlı
Sfera.az xəbər verir ki, bunu COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP29 çərçivəsində keçirilən “İqlim, t
“Su iqlim dəyişikliyinin mərkəzində dayanır və onun təsirləri əsasən su dövranındakı pozulmalar vasitəsilə hiss olunur.
Azərbaycanda bu təsirlər Xəzər dənizinin səviyyəsinin azalması və biomüxtəlifliyin tənəzzülü kimi ciddi problemlərlə özünü göstərir.
Bu, yalnız ölkəmizdə deyil, bütün dünyada daxili su hövzələrində müşahidə olunan təhlükəli bir tendensiyadır”, - deyə M.Babayev bildirib.
O, əlavə edib ki, su yalnız iqlim dəyişikliyinin qurbanı deyil, eyni zamanda onun həll yolunun ayrılmaz hissəsidir.
“Su, yoxsulluğun azaldılması, qida təhlükəsizliyi, gender bərabərliyi və biomüxtəlifliyin qorunması kimi Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaqda mühüm rol oynayır.
Lakin tarixi olaraq, su qlobal iqlim müzakirələrinin diqqətindən kənarda qalmışdır.