Icma.az
close
up
RU
Bakı Su Dialoqu qlobal əməkdaşlıq üçün yeni platformadır Muxtar Babayev

Bakı Su Dialoqu qlobal əməkdaşlıq üçün yeni platformadır Muxtar Babayev

Icma.az, Sfera.az saytına istinadən bildirir.

İqlim dəyişikliyi qlobal hidroloji dövranın əsas parametrlərini dəyişərək dünyada su ilə bağlı problemləri daha da kəskinləşdirir.

Sfera.az xəbər verir ki, bunu COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP29 çərçivəsində keçirilən “İqlim, təbiət və insanlar üçün suyun həyat xəttini qeyd edirik” adlı tədbirdə deyib.

“Su iqlim dəyişikliyinin mərkəzində dayanır və onun təsirləri əsasən su dövranındakı pozulmalar vasitəsilə hiss olunur. Azərbaycanda bu təsirlər Xəzər dənizinin səviyyəsinin azalması və biomüxtəlifliyin tənəzzülü kimi ciddi problemlərlə özünü göstərir. Bu, yalnız ölkəmizdə deyil, bütün dünyada daxili su hövzələrində müşahidə olunan təhlükəli bir tendensiyadır”, - deyə M.Babayev bildirib.

O, əlavə edib ki, su yalnız iqlim dəyişikliyinin qurbanı deyil, eyni zamanda onun həll yolunun ayrılmaz hissəsidir.

“Su, yoxsulluğun azaldılması, qida təhlükəsizliyi, gender bərabərliyi və biomüxtəlifliyin qorunması kimi Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaqda mühüm rol oynayır. Lakin tarixi olaraq, su qlobal iqlim müzakirələrinin diqqətindən kənarda qalmışdır. COP29 Prezidentliyi bu məsələyə diqqəti artırmaq üçün suyu iqlim fəaliyyətinin əsas prioritetlərindən biri kimi müəyyən edib”, - deyə o qeyd edib.

M. Babayev çıxışında COP29 çərçivəsində başlanan “Bakı Su Dialoqu” təşəbbüsünün əhəmiyyətini vurğulayıb.

“Bu təşəbbüs su ilə bağlı qlobal əməkdaşlıq üçün yeni bir platformadır. Məqsəd, iqlim dəyişikliyi, biomüxtəlifliyin azalması, çirklənmə və səhralaşma kimi qlobal problemlərin həlli yollarını bir araya gətirməkdir. "Bakı Su Dialoqu" COP-lar arasında su məsələləri üzrə davamlılığı təmin edəcək və su ilə bağlı fəaliyyətləri beynəlxalq və regional səviyyələrdə genişləndirməyi hədəfləyir”, - deyə nazir bildirib.

O, həmçinin vurğulayıb ki, COP29 Su üzrə İqlim Fəaliyyəti Bəyannaməsi elmi əsasları gücləndirəcək, yeni tərəfdaşlıqlar yaradacaq və su ilə bağlı qlobal siyasət tədbirlərinə dəstək verəcək.

COP29 Prezidentliyi bütün tərəfdaşları su bəyannaməsinə qoşulmağa dəvət edib.

“Bakı Su Dialoqu"nun məqsədlərinə nail olmaq üçün birlikdə çalışmalıyıq. Bu təşəbbüs, iqlim dəyişikliyi ilə mübarizədə suyun qlobal siyasətə daha dərin inteqrasiyasını təmin edərək uzunmüddətli dayanıqlı həllər üçün mühüm rol oynayacaq”, - deyə COP29-un prezidenti bildirib.(report)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://sfera.az
archiveBu xəbər 21 Noyabr 2024 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see287

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see285

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see267

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see253

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see244

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see237

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see232

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see227

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see220

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see211

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see198

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see193

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see193

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see192

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see189

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see176

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see175

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri