Bakı Tehran: yeni etimad mərhələsi | Icma.az
Icma.az bildirir, Xalq qazeti portalına istinadən. Regional rasionallığın Azərbaycan–İran formatı necə formalaşır?
Azərbaycan–İran münasibətlərində son aylar müşahidə edilən dinamika regionda formalaşan yeni siyasi rasionalın ifadəsidir.
Cənubi Qafqazda müharibədən sonrakı dövrdə yaranan geosiyasi boşluq, böyük güclərin təsir balansında müşahidə olunan dəyişikliklər və nəhayət, regional dövlətlərin öz təhlükəsizlik və iqtisadi sabitliklərini xarici təsirlərdən asılı olmadan qurmaq cəhdi Bakının və Tehranın siyasətində yeni bir oxun yaranmasına gətirib çıxarıb.
Xələf Xələfovun oktyabrın 20-də Tehrana səfəri bu yeni oxun davamlılığını təsdiqlədi.
Görüşlərdə səslənən mesajlar – etimadın dərinləşməsi, dialoqun intensivləşməsi, iqtisadi layihələrin praktiki mərhələyə keçməsi – artıq bir strateji xəttin koordinasiyalı inkişafından xəbər verir.
Bu yaxınlaşmanın mahiyyəti nədən ibarətdir? Azərbaycan İranla münasibətlərə, sadəcə, qonşuluq çərçivəsində baxmır.
Rəsmi Bakı üçün Tehranla dialoq Cənubi Qafqazda sabitliyin saxlanması, regional güc balansının qorunması və iqtisadi tranzitlərin təhlükəsizliyi baxımından sabitləşdirici amildir.
İran üçün isə Azərbaycanla əməkdaşlıq həm Cənubi Qafqazda təcrid olunmamağın, həm də Şimal–Cənub dəhlizində geoiqtisadi mərkəz rolunu bərpa etməyin yoludur.
Tam oxu
Xəbəri oxu