Icma.az
close
up
RU
Menu

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

Qarayara ilə bağlı rəsmi məlumat

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

“Bu, Ankara üçün prioritet deyil” Ərdoğan

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

Bakıda 18 və 20 ci mərtəbədən yıxılan gənclər öldü

AFFA nın Hesabat Konfransı keçiriləcək

Azərbaycanda respondentlərin 88% dən çoxu azyaşlıların sosial şəbəkələrə giriş qadağasını dəstəkləyir

Ankarada mədəndə uçqun: yaralı sayı artdı

Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

Bakı Tehran: yeni etimad mərhələsi

Bakı Tehran: yeni etimad mərhələsi

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Regional rasionallığın Azərbaycan–İran formatı necə formalaşır?

Azərbaycan–İran münasibətlərində son aylar müşahidə edilən dinamika regionda formalaşan yeni siyasi rasionalın ifadəsidir. Cənubi Qafqazda müharibədən sonrakı dövrdə yaranan geosiyasi boşluq, böyük güclərin təsir balansında müşahidə olunan dəyişikliklər və nəhayət, regional dövlətlərin öz təhlükəsizlik və iqtisadi sabitliklərini xarici təsirlərdən asılı olmadan qurmaq cəhdi Bakının və Tehranın siyasətində yeni bir oxun yaranmasına gətirib çıxarıb.

Xələf Xələfovun oktyabrın 20-də Tehrana səfəri bu yeni oxun davamlılığını təsdiqlədi. Görüşlərdə səslənən mesajlar – etimadın dərinləşməsi, dialoqun intensivləşməsi, iqtisadi layihələrin praktiki mərhələyə keçməsi – artıq bir strateji xəttin koordinasiyalı inkişafından xəbər verir.

Bu yaxınlaşmanın mahiyyəti nədən ibarətdir? Azərbaycan İranla münasibətlərə, sadəcə, qonşuluq çərçivəsində baxmır. Rəsmi Bakı üçün Tehranla dialoq Cənubi Qafqazda sabitliyin saxlanması, regional güc balansının qorunması və iqtisadi tranzitlərin təhlükəsizliyi baxımından sabitləşdirici amildir. İran üçün isə Azərbaycanla əməkdaşlıq həm Cənubi Qafqazda təcrid olunmamağın, həm də Şimal–Cənub dəhlizində geoiqtisadi mərkəz rolunu bərpa etməyin yoludur.

Bəs bu yaxınlaşma taktiki maraqlardan doğan situativ əməkdaşlıqdır, yoxsa regionda dayanıqlı strateji qarşılıqlı asılılığın başlanğıcı? Sualın cavabı sadə deyil. Hər iki ölkə uzun illər boyu münasibətlərində dalğalanmalar yaşayıb. Emosional, ideoloji və təhlükəsizlik narahatlıqları bu münasibətləri bəzən gərgin, bəzən soyuq edib. Amma indi həm Bakı, həm Tehran fərqli bir mərhələdədir: Müharibəsonrası reallıqlar, enerji siyasətinin yenilənməsi və tranzit dəhlizlərinin qlobal rəqabət obyektinə çevrilməsi praqmatik qərar verməyi tələb edir.

Məsələnin digər tərəfi isə regional siyasi mədəniyyətin transformasiyasıdır. Müharibələrdən, informasiya manipulyasiyalarından və qarşılıqlı ittihamlardan yorulan region indi sabitliyin, infrastrukturun və qarşılıqlı faydanın sintezini axtarır. Azərbaycan və İran bu yeni reallığın ön sıralarında yer almağa çalışır.

Bu gün Bakı və Tehran münasibətlərini “rasional etimad” üzərində qurur. Yəni tərəflər emosional deyil, hesabatlı və ölçüləbilən maraqlar çərçivəsində siyasət aparırlar. Bunlar Azərbaycanın postmünaqişə diplomatiyasında formalaşan yeni keyfiyyətin göstəricisidir: balanslı, çoxvektorlu, lakin eyni zamanda suveren qərarverici siyasət.

Belə bir yaxınlaşma Azərbaycanı regionda “körpü”, yoxsa “mərkəz” roluna aparır? Əgər körpüdürsə, Bakı müxtəlif güc mərkəzlərini birləşdirəcək diplomatik tranzit platforması rolunu oynayacaq. Əgər mərkəzdirsə, o zaman regional qərarların formalaşdığı əsas siyasi referans nöqtəsinə çevriləcək. Reallıq göstərir ki, Bakı artıq “körpü” mərhələsini geridə qoyur və “mərkəzləşmə siyasəti”nə keçir. Siyasətin mühüm elementi də İranla münasibətlərin dərinləşməsidir. Çünki bu münasibətlər həm Şimal–Cənub xəttinin geoiqtisadi konfiqurasiyasını müəyyənləşdirir, həm də Cənubi Qafqazda regiondaxili sabitliyin lokal təminatı kimi çıxış edir.

Lakin bu yaxınlaşmanın uğuru bir şərtə bağlıdır: institusional etimadın qurulması. Əgər dialoq yalnız yüksəksəviyyəli görüşlərlə məhdudlaşarsa, davamlılıq zəifləyə bilər. Ancaq əgər tərəflər mütəmadi təhlükəsizlik, iqtisadi və mədəniyyət komissiyaları vasitəsilə daimi əməkdaşlıq mexanizmləri yaradarsa, bu münasibətlər regional arxitekturanın əsas sütunlarından birinə çevrilə bilər. Azərbaycan üçün bu mərhələ postmünaqişə geosiyasətində suveren mövqe nümayişidir, İran üçün isə bu yaxınlaşma tədricən formalaşan çoxqütblü dünyanın “izolyasiyasız iştirak” modelinə daxil olma fürsətidir.

***

Azərbaycan–İran münasibətlərində son aylarda baş verən yaxınlaşma, eyni zamanda, iqtisadi diplomatiyanın geosiyasi formaya keçid mərhələsidir. Artıq münasibətlərin mərkəzində konkret iqtisadi, logistika və enerji inteqrasiyası dayanır.

Xəzər dənizində birgə liman və tranzit mexanizmlərinin müzakirəsi, enerji şəbəkələrinin sinxronlaşdırılması – bütün bunlar göstərir ki, tərəflər artıq iqtisadi əməkdaşlığı milli maraqların paralelliyi üzərində qururlar. Lakin bu yaxınlaşma yalnız iqtisadi mənfəət hesablaması deyil. Azərbaycanın enerji və nəqliyyat layihələrində İranın iştirakı, faktiki olaraq, regionda xarici güclərin vasitəçiliyini azaldan, “regional həll – regional məsuliyyət” prinsipinə əsaslanan yeni siyasi xətti möhkəmləndirir.

Hazırda Bakı və Tehran üçün Şimal–Cənub dəhlizi artıq strateji iqtisadi silahdır. Rusiya ilə Hindistanı, Avropa ilə Fars körfəzini birləşdirən bu xətt gələcəkdə Cənubi Qafqazın iqtisadi mərkəz kimi formalaşmasında həlledici rol oynayacaq. Azərbaycan bu dəhlizdə nəqliyyat və logistika nəzarətini, İran isə tranzit marjasını qorumaq istəyir. Maraqlar fərqli olsa da, məntiq eynidir – qarşılıqlı fayda.

Bakı üçün bu layihə həm də postmüharibə dövrünün iqtisadi diplomatiyasıdır. Qarabağ müharibəsindən sonra regionda siyasi sabitliyin bərqərar olması ilə paralel olaraq, Azərbaycanın xarici siyasətində iqtisadi dərinlik ön plana çıxıb. Bütün bunlar Prezident İlham Əliyevin “siyasi suverenliyin iqtisadi təminatı” prinsipinin praktik ifadəsidir. İranla əməkdaşlıq bu konsepsiyanın regional təsdiq formasıdır.

Tehran üçünsə bu münasibətlər iki strateji divident yaradır:

Birincisi, Qərb sanksiyalarının yaratdığı təcriddən çıxış mexanizmi; ikincisi, regionda yeni iqtisadi koalisiyalara daxil olmaq imkanı. Azərbaycanla əlaqələr bu baxımdan İran üçün həm logistik, həm də diplomatik oksigen rolunu oynayır.

Burada diqqətçəkən bir məqam da enerji geosiyasətində yeni qarşılıqlı maraq zonasıdır. Xəzər dənizində enerji əməkdaşlığı, suverenlik və istifadə sahələrinin birgə idarə olunması barədə müzakirələr, həmçinin “yaşıl enerji” və bərpaolunan resursların mübadiləsi gündəmdədir. İranın bərpa olunan enerji potensialı ilə Azərbaycanın “yaşıl enerji” diplomatiyası arasında sinerji yaranır. Siyasi analitik baxımdan bu sinerji regionda yeni model yaradır: “enerji rəqabətindən enerji əməkdaşlığına keçid”.

Azərbaycan və İran bu iqtisadi yaxınlaşmanı siyasi koordinasiyaya çevirə biləcəklərmi? Yəni ticarət və enerji layihələri regional təhlükəsizlik mexanizmlərinə çevrilə bilərmi? Əgər bu baş verərsə, regionda “iqtisadi diplomatiya – təhlükəsizlik diplomatiyası” tandeminin formalaşdığını görəcəyik. Məhz bu tandem Cənubi Qafqazın gələcək geosiyasi arxitekturasında xarici aktorların təsirini azaldacaq.

***

Azərbaycan–İran münasibətlərində son aylarda müşahidə edilən intensiv diplomatik ritmlə müharibələrdən, sərhəd böhranlarından və xarici vasitəçilik cəhdlərindən yorulmuş bir region, eyni zamanda, indi sabitliyin “idxal” olunmadığı, daxildən qurulduğu bir modelə addım atır. Əgər bir neçə il öncə Bakı–Tehran xəttində dominant ton ehtiyatlılıq idisə, indi bu ton etimadın praqmatik dili ilə əvəzlənir. Azərbaycanın baxışında İranla sabit dialoq Cənubi Qafqazda risklərin idarə olunmasının real mexanizmlərindən biridir. Çünki bu regionda sabitlik nə beynəlxalq təşkilatların, nə də böyük güclərin “qarantlığı” ilə təmin edilə bilir. Sabitlik yalnız yerli aktorların rasional maraqlarının sinxronlaşması nəticəsində mümkündür. Bakı bu reallığı anlayır və diplomatiyasını ona uyğun qurur.

İran üçünsə Azərbaycanla yaxınlaşma regional siyasətdə balanslı iştirakın bərpası deməkdir. Tehran artıq anlayır ki, Cənubi Qafqazda təcrid taktikasından çox, əməkdaşlıq strategiyası gərəkdir. Lakin bu prosesin dəyəri regionun geosiyasi arxitekturasının yenidən qurulmasında gizlidir. Əgər uzun illər Cənubi Qafqaz “qütblərin yarış meydanı” kimi qəbul edilirdisə, indi Azərbaycan və İran bu modeli çevirməkdədirlər: artıq “böyük güclərin toqquşma xətti” deyil, “yerli maraqların uzlaşma platforması” formalaşır.

Burada bir vacib siyasi məsələ önə çıxır – postmünaqişə diplomatiyasının məzmunu. Azərbaycan üçün sülh artıq təkcə müharibənin olmaması deyil. Sülh iqtisadi inteqrasiya, kommunikasiya, qarşılıqlı inam və təhlükəsizlik sinerjisidir. İranla yaxınlaşma bu yeni sülh fəlsəfəsinin praktiki laboratoriyasıdır. Qərb və Şərq arasında balanslı siyasət yürüdən Bakı İranla əməkdaşlığı heç bir blokun maraqları çərçivəsində deyil, suveren maraqlar çərçivəsində həyata keçirir.

Bakı və Tehran bu istiqamətdə nə qədər irəliləsə, bir o qədər də regionun geosiyasi xəritəsi dəyişəcək. Xarici güclərin vasitəçilik rolu azaldıqca yerli aktorların məsuliyyəti artacaq.

Yekun nəticə aydındır: Azərbaycan–İran münasibətləri bu gün etimadın geosiyasi koduna çevrilir. Regionun gələcəyi bu kodun davamlılığına bağlıdır. Əgər Bakı və Tehran bu siyasi etimadı qorumağı bacarsa, Cənubi Qafqazda sabitlik artıq xaricdən idxal edilməyəcək, o, Bakıdan Tehrana qədər uzanan yerli iradənin məhsulu olacaq.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:368
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Oktyabr 2025 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see396

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see395

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see281

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see233

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see220

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see210

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see198

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see188

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see183

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see173

“Bu, Ankara üçün prioritet deyil” Ərdoğan

21 Avqust 2026 07:49see172

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see168

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see168

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

22 Avqust 2026 01:55see166

Bakıda 18 və 20 ci mərtəbədən yıxılan gənclər öldü

21 Avqust 2026 06:36see162

AFFA nın Hesabat Konfransı keçiriləcək

21 Avqust 2026 16:47see160

Azərbaycanda respondentlərin 88% dən çoxu azyaşlıların sosial şəbəkələrə giriş qadağasını dəstəkləyir

21 Avqust 2026 14:14see160

Ankarada mədəndə uçqun: yaralı sayı artdı

21 Avqust 2026 23:24see154

Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

22 Avqust 2026 06:00see153

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri