Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir. Molla rejiminin xisləti dəyişmir.
Cənub qonşumuz həmişəki ampluasındadır. Biz rəsmi Bakının Tehranla dialoq səylərindən və eləcə də Azərbaycan Respublikası ilə İran İslam Res
Ancaq molla rejimi bu dəfə də gözləntilərimizin doğrulmasına imkan vermədi.
SEPAH-ın nəzarəti altında olan İran mətbuatında anti-Azərbaycan kampaniyalarının davam etdirilməsi, Seyid Həsən Amuli kimi təxribatçı mollanı dəstəkləyən kampaniyanın aparılması, bir sıra digər din xadimlərinin Azərbaycan əleyhinə təbliğata cəlb olunması, Güney azərbaycanlıların milli şüurunun zəiflədilməsinə hesablanmış “Dünya Müsəlman Azərilər günü” kimi qondarma "bayram" tədbirinin keçirilməsi və bu qəbildən olan digər addımların atılması qəbuledilməz olduğu qədər də, həmçinin iki ölkə arasında münasibətlərə zərər vurmaq, İran-Azərbaycan münasibətlərini qəsdən qarşıdurma müstəvisinə keçirmək məqsədi daşıyır.
Rəsmi Tehran isə bütün bunların qarşısının alınması üçün zəruri addımları atmır.
Çünki İranın ali dini lideri ayətullah Seyid Əli Xameneinin özü də hazırkı məqamda Azərbaycana qarşı kirli kampaniyanın davam etdirilməsində və iki ölkə arasında siyasi böhranın daha da dərinləşməsində maraqlıdır.
Molla rejimi ikili oyun oynayır və münasibətlərdə gərginliyi getdikcə artırır.
Və bu məsələdə hazırda Tehran və Moskva ortaq mövqedən çıxış edir.