Icma.az
close
up
RU
Bakı Tehrana toksik siyasətdən əl çəkməyi tövsiyə edir

Bakı Tehrana toksik siyasətdən əl çəkməyi tövsiyə edir

Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Molla rejiminin xisləti dəyişmir. Cənub qonşumuz həmişəki ampluasındadır. Biz rəsmi Bakının Tehranla dialoq səylərindən və eləcə də Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 16-cı iclasının bu yaxınlarda uğurla baş tutmasından sonra, İran tərəfinin ölkəmizə qarşı destruktiv hərəkətlərini, qaralama kampaniyalarını dayandıracağını gözləyirdik. Ancaq molla rejimi bu dəfə də gözləntilərimizin doğrulmasına imkan vermədi.
SEPAH-ın nəzarəti altında olan İran mətbuatında anti-Azərbaycan kampaniyalarının davam etdirilməsi, Seyid Həsən Amuli kimi təxribatçı mollanı dəstəkləyən kampaniyanın aparılması, bir sıra digər din xadimlərinin Azərbaycan əleyhinə təbliğata cəlb olunması, Güney azərbaycanlıların milli şüurunun zəiflədilməsinə hesablanmış “Dünya Müsəlman Azərilər günü” kimi qondarma "bayram" tədbirinin keçirilməsi və bu qəbildən olan digər addımların atılması qəbuledilməz olduğu qədər də, həmçinin iki ölkə arasında münasibətlərə zərər vurmaq, İran-Azərbaycan münasibətlərini qəsdən qarşıdurma müstəvisinə keçirmək məqsədi daşıyır. Rəsmi Tehran isə bütün bunların qarşısının alınması üçün zəruri addımları atmır.
Çünki İranın ali dini lideri ayətullah Seyid Əli Xameneinin özü də hazırkı məqamda Azərbaycana qarşı kirli kampaniyanın davam etdirilməsində və iki ölkə arasında siyasi böhranın daha da dərinləşməsində maraqlıdır. Molla rejimi ikili oyun oynayır və münasibətlərdə gərginliyi getdikcə artırır. Və bu məsələdə hazırda Tehran və Moskva ortaq mövqedən çıxış edir. Onlar Azərbaycana qarşı siyasi təzyiqləri əlaqəli şəkildə davam etdirirlər. Bu da ilk növbədə Azərbaycanın müstəqil siyasət yürütməsindən qaynaqlanır. Şimal və cənub qonşularımız rəsmi Bakının suveren mövqeyini həzm edə bilmir.
Azərbaycan həm Rusiya, həm də İranla bərabərhüquqlu və qarşılıqlı faydalı qonşuluq, konstruktiv əməkdaşlıq münasibətlərinin oturuşmasında maraqlıdır. Heç bir ölkə Azərbaycanı öz forpostuna, vassalına çevirə bilməz. Azərbaycan Ermənistan kimi kvazi-dövlət deyil ki, gah Rusiya və İranın, gah da Qərbin marioneti rolunda çıxış etsin. Molla rejimi də artıq bu reallığı, bu həqiqəti qəbullanmalı və suveren Azərbaycanla normal münasibətlərə keçid etməlidir. Suriyada uduzan molla rejimi öz itkilərini Cənubi Qafqazda vəziyəti yenidən gərginləşdirməklə kompensasiya etməyə çalışmamalıdır. Bakı Tehrana toksik siyasətdən əl çəkməyi tövsiyə edir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:269
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 27 Yanvar 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri