Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 5 sentyabr, AZƏRTAC Bakı Təşəbbüs Qrupu (BTQ) 2024-cü ildə Yeni Kaledoniyadakı iğtişaşlar zamanı “Ceyms” şərti adı ilə qeyd edilən gənc kanakəsilli məhkumun qətlini pisləyən və qınayan açıqlama yayıb.AZƏRTAC açıqlamanı təqdim edir: “Sentyabrın 3-də Fransanın “Le Monde” nəşrində “2024-cü ildə Yeni Kaledoniyadakı iğtişaşlar zamanı gizlədilmiş ölüm" adlı məqalə dərc olunub.
Məqalədə qeyd edilir ki, 2024-cü il mayın 13-də Kanakinin (Yeni Kaledoniya) paytaxtı Numea şəhərində yerləşən Kamp-Est Penitensiar müəssisəsində məhkumlar tərəfindən üsyan baş verir.
Hadisə zamanı təxminən 600 məhkumun saxlandığı bu müəssisədə üç nəzarətçi məhkumlar tərəfindən girov götürülür və müşahidə kameralarının əksəriyyəti sıradan çıxarılır.
Vəziyyətin nəzarətdən çıxmasının qarşısını almaq məqsədilə əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilir.
Aparılan istintaqın nəticələri göstərir ki, baş verən hadisələr zamanı “Ceyms” şərti adı ilə qeyd edilən gənc kanakəsilli məhkum hüquq-mühafizə orqanlarının müdaxiləsi zamanı fiziki zorakılığa məruz qalıb və aldığı xəsarətlər nəticəsində dörd gün sonra vəfat edib.
Əldə olunan məlumatlara əsasən, Ceyms baş vermiş üsyanda iştirak etməyib, hadisələr zamanı öz kamerasında qalıb.
Şahidlərin ifadələrinə görə, hüquq-mühafizə orqanlarının müdaxiləsi zamanı Ceyms döyülüb, daha sonra digər məhkumlarla birlikdə müşahidə kameralarının quraşdırılmadığı zonaya aparılaraq orada fiziki zorakılığa məruz qalıb.