Icma.az
close
up
RU
Bakı Təşəbbüs Qrupu gənc kanakəsilli məhkumun qətlini pisləyib

Bakı Təşəbbüs Qrupu gənc kanakəsilli məhkumun qətlini pisləyib

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 5 sentyabr, AZƏRTAC

Bakı Təşəbbüs Qrupu (BTQ) 2024-cü ildə Yeni Kaledoniyadakı iğtişaşlar zamanı “Ceyms” şərti adı ilə qeyd edilən gənc kanakəsilli məhkumun qətlini pisləyən və qınayan açıqlama yayıb.

AZƏRTAC açıqlamanı təqdim edir: “Sentyabrın 3-də Fransanın “Le Monde” nəşrində “2024-cü ildə Yeni Kaledoniyadakı iğtişaşlar zamanı gizlədilmiş ölüm" adlı məqalə dərc olunub. Məqalədə qeyd edilir ki, 2024-cü il mayın 13-də Kanakinin (Yeni Kaledoniya) paytaxtı Numea şəhərində yerləşən Kamp-Est Penitensiar müəssisəsində məhkumlar tərəfindən üsyan baş verir. Hadisə zamanı təxminən 600 məhkumun saxlandığı bu müəssisədə üç nəzarətçi məhkumlar tərəfindən girov götürülür və müşahidə kameralarının əksəriyyəti sıradan çıxarılır. Vəziyyətin nəzarətdən çıxmasının qarşısını almaq məqsədilə əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilir. Aparılan istintaqın nəticələri göstərir ki, baş verən hadisələr zamanı “Ceyms” şərti adı ilə qeyd edilən gənc kanakəsilli məhkum hüquq-mühafizə orqanlarının müdaxiləsi zamanı fiziki zorakılığa məruz qalıb və aldığı xəsarətlər nəticəsində dörd gün sonra vəfat edib. Əldə olunan məlumatlara əsasən, Ceyms baş vermiş üsyanda iştirak etməyib, hadisələr zamanı öz kamerasında qalıb. Şahidlərin ifadələrinə görə, hüquq-mühafizə orqanlarının müdaxiləsi zamanı Ceyms döyülüb, daha sonra digər məhkumlarla birlikdə müşahidə kameralarının quraşdırılmadığı zonaya aparılaraq orada fiziki zorakılığa məruz qalıb. Bundan əlavə, Ceymsə və digər yaralı məhkumlara lazımi tibbi yardım göstərilməyib.

Məhkumların ifadələrinə əsasən, Ceymsin səsi son günlər ərzində xeyli zəifləyib, daha sonra isə tamamilə kəsilib. O, huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb, lakin göstərilən tibbi müdaxilələrə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. Ölümün dəqiq səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməsə də, Numea Respublika Prokurorluğu baş vermiş hadisə ilə əlaqədar istintaq hərəkətləri başlandığını təsdiqləyib. Hazırda məhkəmə-tibbi ekspertiza və digər müvafiq araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Ceymsin vəfatı ilə 2024-cü ilin may ayında baş vermiş hadisələr nəticəsində həyatını itirənlərin rəsmi sayı 15-ə çatıb.

Qeyd: Kamp-Est həbsxanası uzun illərdir ağır saxlanma şəraiti, normadan artıq məhkum sayı və məhkumlara qarşı zorakılıq halları ilə əlaqədar ciddi ictimai və hüquqi tənqidlərin obyektinə çevrilib. Tibbi xidmətlərə əlçatanlığın olmaması, xüsusilə gənc məhkumlarla qeyri-insani rəftar edilməsi və zorakılıq halları müəssisənin əsas problemləri sırasındadır. Məhz bu səbəbdən Kamp-Est həbsxanasının əsaslı şəkildə yenidən qurulması və şəraitin humanist prinsiplərə uyğunlaşdırılması Bujival razılaşmasının əsas müddəalarına əlavə edilib.

Ceymsin ölümü ilə bağlı onun ailəsi və vəkili tərəfindən mülki qaydada üç fərqli iddia qaldırılıb. Hüquq müdafiəçiləri baş vermiş hadisə ilə əlaqədar olaraq dövlət rəsmilərini, xüsusilə hüquq-mühafizə orqanlarını vəzifə səlahiyyətlərini aşmaqda və fiziki zorakılıq tətbiq etməkdə ittiham edirlər. “Le Monde” qəzetinin yaydığı məlumatlara əsasən, Ceymsin ölümü rəsmi statistikalarda qeyd olunmayıb.

Bakı Təşəbbüs Qrupu Fransa hökumətinin bu ölüm faktını gizlətməsini bir neçə amillə izah edir: Əvvəla, onun ölümü birbaşa küçə iğtişaşları zamanı deyil, Kamp-Est həbsxanasında baş verib. Bu, hadisənin birbaşa rəsmiləşdirilməmiş və qeyri-rəsmi ölüm halı kimi dəyərləndirilməsinə zəmin yaradıb.

İkincisi, ölüm səbəbi ilə bağlı məhkəmə araşdırmasının vəziyyəti və ekspertiza nəticələri ictimaiyyətə təqdim olunmayıb. Bu hal günahkarların məsuliyyətə cəlb olunmasını süni şəkildə uzadır.

Üçüncüsü, iğtişaşlar zamanı həbsxanada mövcud olan videomüşahidə kameralarının məhv edilməsi nəticəsində hadisəyə dair vizual sübutlar məhv edilib. Bu da araşdırmanın ləngiməsinə səbəb olub.

Nəticədə Ceymsin faciəli ölümü rəsmi statistikalarda əks olunmayıb, ictimaiyyətdən gizlədilib”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Sentyabr 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri